Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:35

Avropa İttifaqı Trump-ın Qolan qərarını tanımadığını bildirib


İsrailin baş naziri Benjamin Netanyahu (sağda) ABŞ prezidenti Donald Trump-ın Qolan təpələri barədə proklamasiyasına baxır
İsrailin baş naziri Benjamin Netanyahu (sağda) ABŞ prezidenti Donald Trump-ın Qolan təpələri barədə proklamasiyasına baxır

Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurası prezident Donald Trump-ın Qolan təpələrini İsrail torpağı kimi tanımaq qərarına qarşı çıxıb.

Avropa İttifaqının Xarici İşlər Departamenti martın 27-də bildirib ki, ittifaqın 28 üzvü Qolan təpələrinin işğal olunmuş ərazi sayılmasına dair BMT qətnaməsini yekdil şəkildə dəstəkləyir və bu ərazinin zor gücünə qəsbini rədd edir.

Bu arada Britaniyanın BMT-dəki səfiri Karen Pierce Təhlükəsizlik Şurasına deyib ki, ABŞ-ın qərarı BMT-nin 1981-ci il tarixli qətnaməsinə ziddir.

Rusiyanın BMT-dəki səfir müavini Vladimir Safronkov deyib ki, Vaşinqtonun hərəkəti Yaxın Şərqdə sabitsizliyi artıra bilər.

Təhlükəsizlik Şurasının digər üzvləri – Fransa, Almaniya, Belçika və Polşa martlın 26-da “qanunsuz ilhaqın tanınmasının” nəticələri barədə narahatlıq ifadə ediblər.

Şuranın sessiyası zamanı Birləşmiş Ştatlar bildirib ki, Qolan təpələrindəki BMT sülhməramlı qüvvələri İsrail və Suriya arasında sabitliyin saxlanmasında oynadığı həyati rolu davam erdirəcək.

Bundan əvvəl Trump-ın qərarını Körfəz ölkələri, Səudiyyə və İran kəskin pisləyib.

ABŞ prezidenti Donald Trump martın 25-də Qolan təpələri üzərində İsrailin suverenleyini tanıyan bəyanat verib.

Beləliklə o, 1967-cı ilin altıgünlük müharibəsi zamanı Suriyadan işğal edilmiş bu yaylanı İsrail ərazisi kimi tanıyıb.

Bu barədə bəyannaməni Ağ Evdə imzalayan Trump deyib ki, Birləşmiş Ştatlar Qolan təpələri üzərində İsrailin suverenliyini “onilliklər bundan əvvəl” tanımalıydı.

İsrail 1967-ci ildə altıgünlük müharibə zamanı sahəsi 1800 kvadrat kilometr olan Qolan təpələrini ələ keçirib.

Suriya 1973-cü ildə Qolan təpələrini İsraildən geri almağa cəhd göstərsə də, onun bu qəfil hücumu İsrail qüvvələri tərəfindən dəf edilib.

1981-ci ildə İsrail bu ərazini faktiki olaraq ilhaq edən qanunlar qəbul edib. İsrailin bu hərəkəti beynəlxalq icma tərəfindən heç vaxt tanınmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG