Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Avropa İttifaqına bütün səfərlərin qadağanı təklif edilir


Ursula von der Leyen
Ursula von der Leyen

Avropa Komissiyasının prezidenti Ursula Von Der Leyen koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Avropa İttifaqına 30 gün müddətində bütün qeyri-zəruri səfərlərin qadağan edilməsinə çağırıb.

O əlavə edib ki, zəruri olarsa, qadağan müddəti uzadıla bilər:

“Səfərlər nə qədər az olsa, bizim virusu əngəlləmək imkanımız bir o qədər çox olar. Odur ki, mən dövlət başçılarına və hökumətlərə Avropa İttifaqına qeyri-zəruri səfərlərin müvəqqəti məhdudlaşdırılmasını təklif edirəm”.

The Times qəzetinin yazdığına görə xanım Von Der Leyen deyib ki, qadağandan istisna yalnız Aİ-nin uzunmüddətli sakinlərinə, Aİ vətəndaşlarının ailə üzvlərinə, diplomatlara və virusun dayandırılması ilə məşğul tibb ekspertlərinə tətbiq olunacaq.

Xaricdəki tələbələr AzTv-yə etiraz edir:"Biz yük deyilik"
Gözlə

No media source currently available

0:00 0:09:39 0:00

Bu qadağan hələki Aİ üzvü olaraq qalan Birləşmiş Krallığa da tətbiq olunmayacaq.

Buna baxmayaraq Avropa İttifaqının bu qadağan strategiyasına başqa qeyri-üzv Avropa ölkələrini də dəvət edəcəyi gözlənilir.

Hazırda İtaliya, Fransa, İspaniya, Avstriya, İrlandiya Respublikası və Danimarka faktiki olaraq özlərini “bağlı” elan ediblər.

Macarıstan, Polşa Çex Respublikası, Almaniya, Kipr və Slovakiya sərhədlərini bağlayıblar.

Bununla belə Avropa İttifaqının üzvlərindən ittifaqdaxili sərhədlərin mümkün qədər daha uzun müddətdə açıq saxlanması rica olunur. Bu, ərzaq və dava-dərmanın sərbəst mübadiləsi üçün edilir.

Avropa Xəstəliklərin Nəzarəti və Önlənməsi Mərkəzi martın 16-da bildirir ki, Avropa üzrə rəsmən koronavirusa 51 min 771 yoluxma, 2316 ölüm halı qeydə alınıb.

Bunların böyük əksəriyyəti İtaliya, İspaniya, Almaniya və Fransadadır.

Ölüm hallarının çoxu İtaliyanın payına düşür.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG