Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:13

Avropa İttifaqı Rusiyanın hərbi kəşfiyyatına sanksiyalar hazırlayıb


Rusiyanın Baş Kəşfiyyat İdarəsinin binası
Rusiyanın Baş Kəşfiyyat İdarəsinin binası

Avropa İttifaqının səfirləri son illərdə üç ayrı-ayrı kiberhücumla bağlı Rusiyanın Baş Kəşfiyyat İdarəsi və ya GRU kimi tanınan hərbi kəşfiyyatının, habelə Çin və Şimali Koreya vahidlərinin üzərinə sanksiyalar qoyulmasına yaşıl işıq yandırıblar.

Qəbul edilmiş sənədlə tanış bir neçə mənbə iyulun 22-də AzadlıqRadiosuna bildirib ki, səfirlər GRU-nun, Çinin Tianjin Huaying Haitai Science & technology development Co. şirkətinin və Şimali Koreyanın Chosun Expo qurumunun aktivlərinin dondurulması barədə qərar qəbul ediblər.

Bu da deyilir ki, bu üç ölkənin potensial olaraq mümkün vəsaitlərinin dondurulması və adları çəkilməyən 6 Çin və Rusiya vətəndaşına Avropaya səfər qadağanının qoyulması barədə qərar qəbul edilib.

Bu şəxslərin WannaCry, NotPetya və Cloud Hopper kiberhücumlaırnın arxasında durduğu bildirilir.

Rəsmi qaydada iyulun sonlarında qəbul ediləcək sanksiyalar Avropa İttifaqının kibersanksiyalar rejiminə əsasən tətbiq edilən ilk sanksiyalar olacaq.

Bu rejim barədə qərar ötən il qəbul olunub və Aİ üzv ölkələrinə, üçüncü ölkələrə və beynəlxalq təşkilatlara kiberhücumlarla bağlı olan fərd və vahidlərə viza qadağanları və aktivlərin dondurulması da daxil sanksiyaların qoyulmasını nəzərdə tutur.

Daha iki rusiyalıya əlavə sanksiyalar qoyulacaq

2018-ci ilin mayında baş vermiş WannaCry reket hücumundan bir ay sonra NotPetya kiberhücumu həyata keçirilmişdi. Bu hücumlar qlobal miyasda kompüterləri və şirkətləri iflic etmişdi.

Çində mənzillənən APT10 qrupunun Cloud Hopper kiberhücumunun arxasında olduğu düşünülür. Bu hücumun hədəfləri bizneslər və hökumət idarələri idi.

Sözü gedən üç ölkə ilə əlaqələndirilən hücumlar müxtəlif kəşfiyyat orqanlarının qiymətləndirməsinə görə Aİ üzvü olan ölkələri və dünyanın başqa dövlətlərini hədəfləmişdi.

Avropa İttifaqı rəsmiləri Rusiyanı bundan əvvəl də Qərbə qarşı kiberhücumlarda ittiham ediblər.

Rusiya ötən il Niderlandda mənzillənmiş qlobal Kimyəvi Silahların Qadağanı Təşkilatının şəbəkəsinə haker müdaxiləsi etməkdə ittiham olunur.

Bu təşkilat 2018-ci ildə İngiltərədə keçmiş Rusiya casusu Sergei Skripal və onun qızına qarşı əsəb-sinir kimyəvi zəhəri ilə hücumun araşdırılması ilə məşğul idi.

Ayrı bir mənbədən alınan xəbərə görə Avropa İttifaqı habelə 2015-ci ildə Almaniya parlamentinə hücumla bağlılığı olduğu düşünülən iki Rusiya vətəndaşına qarşı sanksiyalar hazırlayır.

Almaniya kansleri Angela Merkel demişdi ki, bu hücumda “Rusiya qüvvələrinin” əli olduğuna dair “tutarlı dəlillər” mövcuddur.

Rusiya bütün bu ittihamları rədd edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG