Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Avropa İttifaqı Britaniyaya Breksit üçün oktyabrın 31-dək vaxt verdi


Avropa İttifaqı liderlərinin aprelin 10-da keçirilən sammitində
Avropa İttifaqı liderlərinin aprelin 10-da keçirilən sammitində

Avropa İttifaqının liderləri və Britaniya aprelin 10-da Brüsseldə keçirilən sammitdə Birləşmiş Krallığın ittifaqdan çıxması prosesinin və Breksitin oktyabrın 31-dək uzadılması barədə razılığa gəliblər.

Diplomatların verdiyi məlumata görə Fransa prezidenti Emmanuel Macron Londona bu qədər uzun müddətin verilməsinə qarşı çıxırdı.

Lakin iclasın yekununda Avropa İttifaqının 27 üzvü və Britaniya 31 oktyabr qərarında ortaq məxrəcə gəliblər.

İclasın qərarında deyilir ki, iyun ayında Avropa İttifaqı liderləri Breksit prosesinin necə getdiyini qiymətləndirəcəklər.

Bu da xəbər verilir ki, Aİ üzvlərinin Almaniya, İspaniya və İrlandiya da daxil əksər üzvləri Breksit üçün daha uzun müddətin verilməsini istəyirdilər.

Theresa May iyun ayınadək vaxt istəmişdi.

Bu qərarın qəbul edilməsi o deməkdir ki, Britaniya may ayında keçiriləcək Avropa Parlamenti seçkisində iştirak edəcək.

Theresa May istefaya getməyəcək

Britaniya mediası yazır ki, Theresa May gələn qışadək baş nazir kreslosunda qalacağını bildirməklə özünün Mühafizəkarlar Partiyasındakı tənqidçilərini əsəbiləşdirəcək.

O bunu daha uzunmüddətli Breksiti “yoluna qoymaq” niyyəti ilə əsaslandırır.

Bundan əvvəl xanım May siyasətçiləri ölkənin Avropa İttifaqından çıxışının iyunun 30-dan daha uzun müddətə ləngidilməyəcəyinə əmin etmişdi.

İndi isə Theresa May istefasının hər hansı konkret tarixdə yox, Breksitin başa çatacağı tarixdə baş verəcəyini deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG