Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:29

Avropa İttifaqı Britaniyaya daha iki il keçid dövrü verməyə hazırdır


Michel Barnier
Michel Barnier

Avropa İttifaqı Britaniyaya Breksitin daha iki il müddətinə uzadılması üçün “açıq” olduğunu bildirib.

Bu barədə məlumatı ittifaqın Londonla əsas danışıqçısı Michel Barnier təsdiq edib.

Cənab Barnierin Britaniya parlamentindəki müxalifət fraksiyalarına göndərdiyi məktubda deyilirdi ki, əgər Britaniya istəsə, ona iki il müddətində əlavə Breksit keçid dövrü verilə bilər.

Lakin Britaniya tərəfindən Aİ ilə Breksit danışıqlarını aparan David Frost millət vəkillərinə deyib ki, hökumət keçid dövrünün ilin sonundan o yana saxlanmamasına dair fikrində qətiyyətlidir.

Sözü gedən müxalifət millət vəkilləri mayın 15-də cənab Barnierə yazdıqları məktubda keçid dövrünün daha iki il uzadılmasını xahiş etmişdilər.

Hazırda Brüssel və London arasında danışıqlar dalana dirənib.

Hökumət təklifi qəbul etməyəcəyini deyir

Şotlandiya Millətçi Partiyasının (SNP) parlamentdəki başçısı Ian Blackford Aİ rəsmisinin məktubunu alqışlayıb və baş nazir Boris Johnson-u koronavirus pandemiyası dövründə ölkə iqtisadiyyatını böhrandan çıxarmaq üçün verilən fürsətdən istifadə etməyə çağırıb.

Breksit keçidinə dair danışıqlar yanvarın 31-də Britaniya hüquqi qaydada Avropa İttifaqını tərk etdikdən sonra başlanıb və plana görə ilin sonunadək başa çatmalıdır.

Cənab Frost İcmalar Palatasının Avropa İttifaqı ilə Gələcək Münasibətlər komitəsinə deyib ki, hökumət keçid dövrünün uzadılmasına dair təklifi qəbul etmir.

Rəsmi Londonun mövqeyindən asılı olmayaraq Avropa İttifaqı keçid dövrünün uzadılmasına açıq olduğunu daim bildirib:

Barnierin məktubunda deyilir ki, Breksit tranzit dövrününün uzadılması qərarı hər iki tərəfin razılığı ilə iyulun 1-dək qəbul edilə bilər.

Şotland deputat Londonu müstəqilliklə hədələyir

Şotlandiya millətçilərinin parlamentdəki başçısı Blackford Barnierin məktubuna cavabında yazır:

“Boris Johnson nəhayət iş yerlərinin qorunub saxlanması, həyat səviyyəsinin yüksəldilməsi və iqtisadiyyatın xilası üçün məsuliyyətini qəbul etməli, keçid dövrü üçün müddətin uzadılması təklifinə razılaşmalıdır. Breksiti də artıq üzləşdiyimiz koronavirus böhranının üstünə yükləmək divanəlik olardı. Vaxt gedir. Britaniyanın Avropa İttifaqından pis bir sazişlə və ya fəlakətli şəkildə heç bir sazişsiz çıxmasının qarşısının alınması üçün cəmi bir ay vaxtımız qalır”.

Şotlandiya Avropa İttifaqından ayrılmaq istəmir
Şotlandiya Avropa İttifaqından ayrılmaq istəmir

Blackford deyib ki, əgər bu təklifi qəbul etməsə, baş nazir “itirilən hər bir iş yeri, kəsilən hər bir maaş və müflis olan hər bir biznes üçün məsuliyyət daşıyacaq”.

Şotlandiyalı millət bildirib ki, onun partiyadaşları Breksit keçid dövrünün uzadılması üçün əllərindən gələni edəcəklər.

Onun sözlərinə görə, Britaniya Avropa İttifaqından pis sazişlə ayrılsa, Şotlandiyanın müstəqillikdən başqa yolu qalmayacaq.

Başqa bir müxalifət partiyası – Liberal Demokrat parlament fraksiyasının rəhbəri lord Ed Davey deyib ki, “baş nazir qlobal pandemiya və iqtisadi böhrana baxmayaraq Breksit müddətinin uzadılmasına razılaşmasa, ölkənin milli maraqlarını ittifaqdan ayrılmaq ideologiyasına qurban vermiş olacaq”.

XS
SM
MD
LG