Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:58

Avropa İttifaqı ‘İran nüvə sazişinə’ dəstək verir


Brüsseldə Avropa Şurasının giriş qapısı
Brüsseldə Avropa Şurasının giriş qapısı

Avropa İttifaqı (Aİ) liderləri oktyabrın 19-da İranın sanksiyalardan azad edilməsi müqabilində onun nüvə fəaliyyətlərini məhdudlaşdıran tarixi nüvə razılaşmasını dəstəklədiklərini bildiriblər.

Bundan bir həftə əvvəl ABŞ prezidenti Donald Trump İranın bu sazişin öhdəliklərinə əməl etməsi barədə şahadətnaməni imzalamayacağını bildirmişdi.

Aİ-nin Xarici İşlər Şurasında oktyabrın 16-da ittifaqın 28 üzvünün verdiyi bəyanatda Avropa liderləri İranla nüvə sazişinə tam sadiq qaldıqlarını təsdiqləyiblər.

Oktyabrın 13-də özünün İran siyasəti nitqində Trump 2015-ci il İran nüvə sazişini ləğv etməkdən çəkinsə də, İranın saziş üzrə öhdəliklərinə əməl etməsi barədə şəhadətnaməni imzalamaqdan imtina etmişdi.

O demişdi ki, İranla sazişin şərtlərinin sərtləşdirilməsi istiqamətində Konqresə təklif verəcək.

Aİ xarici işlər nazirləri bu həftənin əvvəllərində qəbul edilmiş birgə bəyanatda bildirirlər ki, İran və 6 dünya gücü arasında imzalanmış və Birgə Hərtərəfli Hərəkət Planı kimi tanınan saziş kütləvi qırğın silahlarının yayılmaması müqaviləsinin əsas elementidir.

Xarici işlər nazirlərinin birgə bəyanatında deyilir ki, kəskin nüvə hədəsinin yaşandığı bir zamanda Aİ İran sazişinin qüvvədə saxlanmasında qətiyyətlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG