Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 15:07

Avropa Gənclər Yay Olimpiya Festivalında son gün


Loqo

Bu gün, iyulun 27-də Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalına (EYOF) yekun vurulacaq.

Son yarış günündə Azərbaycan idmançılarının 5 idman növündə mübarizə aparacaqları bildirilir.

İyulun 26-na olan nəticəyə görə, Azərbaycan idmançıları bu yarışlarda 10 qızıl, 7 gümüş, 6 bürünc medal qazanmaqla ikinci sırada qərarlaşıb.

Medal sayına görə, Rusiya siyahıda birinci yerdədir.

XV Avropa Gənclər Yay Olimpiya Festivalına iyulun 21-dən satart verilib.Yarışlara 48 Avropa ölkəsindən 3 mindən çox idmançı və texniki nümayəndə heyətinin qatıldığı bildirilir. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayırlar.

Ümumilikdə 135 dəst medal sahibini tapmalıdır

Xatırlatma

Avropa Gənclər Festivalının ideyası gənclərə Olimpiya hərəkatını tanıtmaq məqsədilə 1990-cı ildə irəli sürülüb.Bu Festival 14-18 yaş arası gənc Avropa atletlərindən ötrü çox idman növlü tədbirdir. Birinci Festival 1991-ci ildə Belçika paytaxtı Brüsseldə keçirilib.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG