Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:52

Avropa Məhkəməsi Azərenerjini haqsız çıxardı


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı daha bir müsbət qərar çıxarıb.

Amma bu dəfə söhbət əmək hüququ, 2009-cu ildə bir qrup adamın “Azərenerji ASC” dən iştən çıxarılmasından gedir.

Vəkil Əsabəli Mustafayev AzadlıqRadiosuna bildirib ki, o vaxt həmin adamlar məhkəmə yolu ilə işə bərpa edilsə də Azərenerji qərarın icrasından imtina elədi və uzun çəkişmədən sonra müdafiə tərəfi Avropa Məhkəməsinə üz tutmalı oldu.

Vəkil deyir ki, Azərbaycan hökuməti Avropa Məhkəməsi ilə kommunikasiya zamanı işçilərə dəymiş maddi və mənəvi ziyan, habelə hüquqi xidmətə görə kompensasiya ödəniləməsini təklif etdi və müdafiə tərəfi bununla razılaşdı.

Məhkəmənin qərarına əsasən 9 nəfərin hər birinə mənəvi ziyana görə 3 min, hüquqi xidmətlərə görə isə 900 avro məbləğində təzminat ödənilməlidir.

Amma vəkil deyir ki, nədənsə Avropa Məhkəməsinin qərarında yalnız mənəvi ziyan və hüquqi xidmətlər üçün kompensasiya nəzərdə tutulur.

Çünki hökumət maddi ziyana görə onlara ümumilikdə 150 min ( maaşından aşlı olaraq hər bir nəfərə 15-20 min arası) avrodan çox kompensasiya təklif eləmişdi, amma nədənsə məhkəmə bunu nəzərə almayıb və görünür texniki səhvə yol verib.

Əsabəli Mustafayev bununla bağlı yenidən məhkəməyə yazılı müraciət göndərdiyini deyir.

Amma vəkil hesab edir ki, istənilən halda bu qərar göstərir ki, hökumət etiraf elədi ki, məsələyə ədalətli baxmayıb və həmin insanların hüquqları pozulub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG