Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 19:45

“Yeni saziş üzrə irəliləyiş əldə olunmaqdadır”


Arxiv fotosu
Arxiv fotosu

“Azərbaycan bizim vacib tərəfdaşımızdır. Hazırda Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar davam edir”. APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

“Bu, yeni nəsil sazişdir. Bu sənəd 1990-cı illərin ortalarında imzalanıb və onun təkmilləşdirilməsinə ehtiyac var”, - Aİ rəsmisi bildirib.

O qeyd edib ki, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və yeni saziş üzrə irəliləyiş əldə olunmaqdadır.

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir. Şərq Tərəfdaşlığı Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında isə bu qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq hələlik tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

XS
SM
MD
LG