Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 01:46

Azərbaycan Avropa Birliyinə bir addım yaxınlaşdı


►Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənədin qəbul edildiyi bildirilir.

Bu haqda Report xəbər verir.

Xəbərə görə, sənəd bu gün Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar iclasında qəbul edilib.

Sənədin lehinə 577, əleyhinə 67 nəfərin səs verdiyi bildirilir. 51 nəfəri isə bitərəf qaldığı qeyd edilir.

Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət,sosial, iqtisadi, enerji və siyası sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bundan sonra isə tərəflər arasında çərçivə sazişi imzalanmalıdır.

Ancaq Azərbaycanda bəzi müstəqil müşahidəçilər bu sazişin tezliklə imzalanacağına o qədər də nikbin yanaşmırlar. Onlar düşünürlər ki, hakimiyyət siyasi və iqtisadi islahatlardan çəkinir.

Azərbaycan Avropa Birliyi ilə «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Azərbaycan rəsmiləri son illər bəyan edirlər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verir.

Buna da bax: "Xarici borc sürətlə artır"

XS
SM
MD
LG