Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:39

Məhkəmə qərarı: AB üzvləri paylarına düşən miqrantları qəbul etməlidirlər


Miqrantlar Avstriya-Almaniya sərhədini keçirlər.
Miqrantlar Avstriya-Almaniya sərhədini keçirlər.

Avropa Birliyi sentyabrın 6-da miqrantlarla bağlı vacib bir qələbə qazanıb. Birliyin baş məhkəməsi qərar çıxarıb ki, Macarıstan və Slovakiya kvota sisteminə uyğun olaraq, miqrantları qəbul etməlidirlər.

Ədalət Məhkəməsinin qərarında deyilir ki, bu iki ölkənin qaldırdığı iddialar rədd olunub. Məcburi köçkünlərin qəfil axınının yaratdığı fövqəladə durumun səmərəli və sürətli həllindən ötrü kvota proqramı vacibdir, - məhkəmə belə deyir.

Son iki ildə Avropaya bir milyondan çox qaçqın gəlib. Bu baxımdan bu məhkəmə iddiası Avropa Birliyində dərin fikir ayrılığını üzə çıxarmışdı. Bəzi üzv ölkələr ta əvvəldən kvota planına qarşı idilər. «The New York Times» qəzetinin yazdığına görə, indi əsas sual odur ki, birliyin administrativ qolu olan Avropa Komissiyası relokasiya- yenidən yerləşdirmə proqramını təzələyəcəkmi.

CƏRİMƏ GÖZLƏNİR

Araşdırma təşkilatı olan Miqrasiya Siyasəti İnstitutunun Avropa direktoru Elizabeth Collett-in fikrincə, Avropa Birliyində daxili gərginliyi nəzərə alanda, komissiya bu öhdəliyin icrasında təkid etməyə də bilər.

«Avropa Birliyinin çox az üzvü relokasiya kvotasına əməl ediblər, çoxları bununla bağlı xeyli passiv mövqe tutublar», – o deyib.

2015-ci ildə irəli sürülmüş proqramın məqsədi Yunanıstan və İtaliyadan keçərək digər ölkələrə üz tutan miqrantları yenidən yerləşdirmək idi. Ancaq 100 minə yaxın yerin üçdə biri dolub.

Çexiya miqrant qəbulundansa cərimə ödəməyi üstün tutur
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

Yunanıstan və İtaliyada xeyli sayda miqrant Almaniya və İsveçə yol alıb. Ancaq bu miqrantların heç də hamısı relokasiya proqramının kriteriyalarına uyğun gəlmir.

Macarıstan payına düşən 1294 miqrantı qəbul etməsə, cərimə ödəməli olacaq. Polşa və Çexiya Respublikasına qarşı da oxşar hüquqi addım atıla bilər. Slovakiya isə Yunanıstandan azsaylı miqrantı qəbul edib və son vaxtlar Brüsselə dil tapmağa çalışır

Macarıstanın xarici işlər və ticarət naziri Peter Szijjarto məhkəmənin qərarını «biabırçı və məsuliyyətsiz» adlandırıb, deyib ki, «əsl döyüş hələ indi başlayır». Onun sözlərinə görə, Macarıstanın razılığı olmadan heç kəs bu ölkəyə yerləşdirilə bilməz.

26 SENTYABR SON TARİXDİR

Təkcə ötən ay Avropaya 67 min miqrant gəlib. Onlar öz ölkələrində müharibədən və iqtisadi çətinliklərdən qaçırlar.

Proqram sentyabrın 26-da bitir, ancaq o vaxtadək Avropa Birliyinə gələn miqrantlar bundan yararlana bilərlər.

Miqrantlar Almaniyaya qeyri-adi üsulla keçmək istədilər
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

Xanım Collett-in sözlərinə görə, Avropa liderləri getdikcə daha çox miqrantın Avropaya gəlməsini önləməyə çalışırlar. Onlar Niger və Liviya kimi üçüncü ölkələrlə sıx əlaqə yaradır, bəzən miqrant axınını məhdudlaşdırmaqdan ötrü onlara nağd pul verirlər. Məsələn, iş yerlərinin yaradılması proqramları maliyyələşdirilir, yaxud miqrantların Avropa səyahətini önləməyə təhlükəsizlik tədbirləri görülür.

Bu yanaşma «Oxfam» humanitar təşkilatını qəzəbləndirib. Qurum ötən ay Avropa Birliyinə xəbərdarlıq edib ki, Liviyadan adamların çıxmasını əngəlləyən miqrasiya siyasəti həmin şəxsləri işgəncəyə, zorlamaya məruz qoyur, qula çevrilirlər.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu il dənizlə Avropaya 125 min 860 miqrant və qaçqın keçib. 2 min 500 nəfər Aralıq dənizini keçərkən həlak olub. Ötən il isə 3 min 238 nəfər dənizdə batmışdı. Builki miqrantların sayı ötən ilin eyni dövründə olduğundan iki dəfə azdır.

XS
SM
MD
LG