Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 17:03

Azərbaycan özünü Avropa Siyasi Birliyində görürmü?


Bakıda müxalifətin mitinqi. 2014
Bakıda müxalifətin mitinqi. 2014

Avropa liderləri Avropa Siyasi Birliyinin yaradılması üçün oktyabrın 6-da Praqada görüşəcəklər. "The Guardian" qəzetinin məlumatına görə, Avropa Birliyi (AB) sammitinə dəvət olunanlar arasında Gürcüstan, Ukrayna, Moldova kimi quruma üzvlük üçün müraciət edən bir çox ölkələr də var. Tədbirə üzv olmayan, üzvlük üçün müraciət etməyən ölkələr – Azərbaycan və Ermənistan da dəvət olunub.

Avropa Siyasi Birliyinin yaradılmasını Fransa Prezidenti Emmanuel Makron təklif edib. Birlik AB-yə üzvlük perspektivlərini nəzərdən keçirən dövlətlərlə qarşılıqlı əlaqələrin formatını təsdiqləyir.

Azərbaycan AB-nin "Şərq Tərəfdaşlığı" təşəbbüsünün iştirakçısıdır. Lakin AB və Azərbaycan arasında beş ildir danışıqlar getsə də, saziş heç cür imzalanmır.

A.Mirzəzadə
A.Mirzəzadə

"Əgər bu, hansısa bir ölkəyə…"

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Aydın Mirzəzadə düşünür ki, dəvət varsa, Azərbaycan orada iştirak edəcək. Deputat "Turan"a bildirib ki, sonrakı addım təşkilatın qarşısına nə məqsədlərin qoyulmasından asılıdır: "O, əməkdaşlıq, ərazi bütövlüyünün dəstəklənməsi, beynəlxalq hüququn prioritetliyi, milli maraqların qorunması, ticarət, humanitar əlaqələr, dünyanı inkişafa aparan prinsiplərin elan və tətbiq edildiyi təşkilat olarsa, Azərbaycan bu təşkilatın üzvü ola bilər".

Deputat deyir ki, əgər bu, hansısa bir ölkəyə və yaxud da hansısa ölkələr qrupuna yönəlik bir təşkilat olacaqsa, Azərbaycanın ona qoşulacağına inanmır: "Amma Azərbaycanın dəvət edilməsi onu göstərir ki, Avropa məkanı Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu gün Azərbaycan tək regionun deyil, dünyanın da əsas siyasi fəal ölkələrindən biri kimi götürülür".

Z.Əkbər
Z.Əkbər

"Yeni konyunkturaya və dövrə uyğun bir jest"

AB-nın "Şərq Tərəfdaşlığı" proqramı üzrə ekspert Zaur Əkbər isə AzadlıqRadiosuna deyib ki, Azərbaycanın Praqada keçiriləcək görüşə dəvət alması müsbət bir hadisədir. Onun fikrincə, bu, Azərbaycana marağın yüksəldiyini göstərir. Amma o qeyd edib ki, digər tərəfdən, Azərbaycan 2009-cu ildə Praqada imzalanan "Şərq Tərəfdaşlığı" Proqramının üzvü olsa da, hələlik, nəzərdə tutulan bir islahat aparmayıb: "Bu yeni siyasi qurumun tədbirinə Azərbaycanın dəvət edilməsi yeni konyunkturaya və dövrə uyğun bir jestdir. Həm də Azərbaycan 2017-ci ildən sonra Avropa Birliyi ilə 20 milyardlıq qaz müqaviləsi bağlayıb. Ola bilsin ki, Azərbaycan enerjidaşıyıcıların mənbəyi və tranzit ölkəsi kimi əhəmiyyətli olduğu üçün dəvət ediblər".

"Ümumdünya Ticarət Təşkilatına üzvlük…"

Z.Əkbərin fikrincə, rəsmi Bakının ona doğru atılan müsbət jestlərə qarşı uyğun addım atması yaxşı olardı: "Strateji Tərəfdaşlıq Sazişi ilə bağlı məsələlərə yekun vursun, sazişin bəndlərində olan Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi, Azərbaycanın öz mülki aviasiya sahəsini Avropa Birliyinə uyğun qurması həll edilsin, gömrük tarifləri məsələsi ilə bağlı ortaya iradə qoysun".

Azərbaycanın Avropaya verməyə nə qədər qazı var? (EKSPLEYNER)
Gözlə

No media source currently available

0:00 0:05:30 0:00

Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Ermənistan və Belarus) AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna artıq AB ilə assosiasiya sazişlərini imzalayıb. Üstəlik, Ukrayna və Moldova hazırda namizədlik statusu da daşıyır. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir. Belarus isə qurumla danışıqları dayandırıb.

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına da üzvlüyü ilə bağlı 25 il bundan öncə danışıqlar başlayıb. Amma bu danışıqlar nəticəsiz qalıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG