Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Avropa və Şərq Tərəfdaşlığı liderləri yekun bəyannamənin mətni ilə razılaşıblar


Ermənistan prezidenti Serj Sarkisyan Avropa İttifaqı ilə pakt imzalayacaq
Ermənistan prezidenti Serj Sarkisyan Avropa İttifaqı ilə pakt imzalayacaq

Avropa İttifaqının və 6 keçmiş sovet respublikasının liderləri Şərq Tərəfdaşlığının Brüsseldə keçirilən sammitində yekun bəyannaməsinin mətni ilə “çevik bir şəkildə” razılaşıblar.

Bu, bəyannəmə mətnində heç bir münaqişəinin konkret olaraq adının çəkilməməsi sayəsində mümkün olub.

Şərq Tərəfdaşlığının 2015-ci ildə keçirilmiş əvvəlki sammitində məhz bu məqama görə yekun bəyannamə qızğın mübahisələrə səbəb olmuş və ləngimişdi. Diplomatlar bu dəfə həmin təcrübəni təkrar etməmək qərarına gəliblər.

Beləliklə yekun bəyannamə Ukraynanın şərqində hökumət qoşunları ilə Rusiya tərəfindən dəstəklənən separatçılar arasında davam edən münaqişə də daxil, 6 keçmiş sovet respublikasının ərazisindəki heç bir münaqişənin adını konkret olaraq çəkmir.Bunun əvəzində bəyannaməyə əlavə edilmiş maddədə deyilir ki, “iştirakçılar regionun bir çox hissələrində beynəlxalq qanunların pozulmasından ciddi narahatlıq ifadə edirlər”.Bu da bildirilir ki, tərəflər Avropa İttifaqının bu münaqişələrin çözümündə və qarşılıqlı etimad yaradılmasında artan rolundan razılıq edir və münaqişələrin mövcud format və proseslər çərçivəsində həllinə tərəfdar çıxırlar”.

Buna da bax:

Şərq Tərəfdaşlığı sammitində Azərbaycanla Ermənistanın mübahisəsi
Gözlə

No media source currently available

0:00 0:02:47 0:00

Mətnin bu formada olması Ermənistan və Azərbaycan tərəfini tamamilə qane edib. Bu iki qonşu ölkə onilliklərdir ki, separartçı Dağlıq Qarabağa görə qarşıdurma vəziyyətindədirlər.

2015-ci ildə Riqada keçirilmiş sammitin bəyannaməsində məhz bu münaqişəyə dair müddəa uzun-uzadı mübahisələrə səbəb olmuşdu.

Bu bəyannamədə də Riqa bəyannaməsində olduğu kimi Gürcüstan, Moldova və Ukraynanın Aİ-yə üzvlük ambisiyaları təsbit edilir. Bu üç ölkə Avropa ilə assosiasiya sazişlərini imzalayıblar.

Ermənistanla pakt

Avropa İttifaqı, Şərq Tərəfdaşlığı proqramına 2009-cu ildən başlayıb. Bu proqramın məqsədi keçmiş SSRİ-nin 6 şərqi Avropa və Cənubi Qafqaz respublikası ilə İttifaq arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və bu ölkələrdə Avropa dəyərlərinin bərqərar olunmasıdır.

AzadlıqRadiosu yazır ki, bu sammitin əsas hadisələrindən biri də, böyük bir ehtimalla Avropa İttifaqı ilə Ermənistan arasında daha sıx partnyorluğa yol açacaq sazişin imzalanması olmalıdır.

Lakin Ermənistanla bağlanacaq sazişə azad ticarət barədə bənd daxil edilməyib və ümumiyyətlə bu razılaşma Aİ-nin Gürcüstan, Moldova və Ukrayna ilə indiyədək imzaladığı assosiasiya sazişlərindən “daha az ambisiyalı” olacaq.

Ermənistan da əvvəllər adı çəkilən üç ölkə kimi Avropa İttifaqı Assosiasiya Sazişini imzalamaq niyyətində olub. Lakin Rusiyanın təzyiqi altında prezident Serj Sarkisyan 2013-cü ildə son anda bu sazişi imzalamaqdan imtina etmişdi.

Bundan dərhal sonra Ermənistan Moskvanın rəhbərliyi altında Avrasiya İqtisadi İttifaqına qoşulub.

Lakin Sarkisyan noyabrın 23-də AzadlıqRadiosunun Erməni xidmətinə deyib ki, Yerevanın Avropa İttifaqının partnyorluğunda iştirakı ilə onun Avrasiya İttifaqı üzvlüyü arasında heç bir ziddiyyət yoxdur.

“Bu sazişi imzalamaqla biz göstəririk ki, həm Avrasiya İttifaqının, həm də Şərq Tərəfdaşlığının üzvü olmaq mümkündür”.

O əlavə edib ki, “heç bir Rusiya liderindən, ələxüsus da Vladimir Putindən Ermənistanla Avropa İttifaqının yaxınlaşmasına irad eşitməyib”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG