Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:32

Avropa Belarusa qarşı sanksiyalar məsələsində razılığa gələ bilmədi


Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell (sağda) və Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya
Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell (sağda) və Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya

Avropa İttifaqının xarici işlər nazirləri Belarusun rəsmi şəxslərinə qarşı sanksiyalar barədə qərarı qəbul edə bilməyiblər.

Bu sanksiyalar Lukaşenka rejiminin məmurları üzərinə dinc nümayişçilərə divan tutulması və Belarusda seçki nəticələrinin saxtalaşdırılmasına görə qoyulmalıydı.

Bu seçkinin rəsmi nəticələrinə görə ölkəyə 26 ildir ki, avtoritar liderlik edən Alyaksandr Lukaşenka qalib gəlib.

“Alman dalğası” radisosunun verdiyi xəbərə görə konsensusun əldə edlilməməsinə baxmayaraq, Avropa nazirləri bu sanksiyaların qoyulması zərurəti barədə razılığa gəliblər.

TASS və AFP agentlikləri yazırlar ki, Avropa İttifaqının üzvləri sanksiya siyahısını Kiprin tutduğu mövqeyə görə razılaşdıra bilməyiblər.

Kipr Belarusa qarşı sanksiyalara razılaşması üçün şərt kimi Türkiyə üzərinə də sanksiyaların qoyulmasını irəli sürüb.

Yunanıstan və Kipr Türkiyəni Aralıq dənizinin mübahisəli sularında neft-qaz kəşfiyyatı aparmaqda ittiham edirlər.

Tikhanovskaya AB-ni Lukashenka rejiminə sanksiyalar tətbiq etməyə çağırıb
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Kipr qərarı “girov” edib

Avropa İttifaqı nazirlərinin sanksiyakar barədə konsensus əldə edə bilməməsi barədə özünün Twitter hesabında Latviyanın xarici işlər naziri Edqar Rinkeviç yazıb:

Ltviyanın xarici işlər naziri deyib:

"Təəssüf ki, biz bugün insan haqlarının pozulmasına görə sanksiyalar barədə qərar qəbul edə bilmədik, çünki ittifaqın üzvlərindən biri bu qərarı “girov” götürüb. Bu, belaruslara, cəmiyyətlərimizə və bütün dünyaya göndərilən çox pis bir mesajdır”.

Kiprin xarici işlər naziri Nikos Xristodulidis buna cavab olaraq yazıb ki, Avropa İttifaqının insan haqlarının bütün ölkələrdə pozulmasına münasibəti eyni olmalıdır.

Kipr hökuməti Belarusla yanaşı, Türkiyəyə qarşı da sanksiyaların qoyulmasını tələb edir.

Kipr bildirir ki, Türkiyənin neft-qaz kəşfiyyatı apardığı ərazi Kiprin iqtisadi sularıdır.

Beləliklə, Belarus hakimiyyətinə qarşı sanksiyalar Avropa İttifaqı liderlərinin sentyabrın 24-də keçiriləcək sammitində qoyula bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG