Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Sazişlə bağlı hökumətə və Avropa Birliyinə müraciət edildi


Foto arxiv
Foto arxiv

51 vətəndaş cəmiyyəti fəalı imzalanması gözlənilən sazişlə bağlı Azərbaycan hökuməti və Avropa Birliyinə müraciət edib.Vətəndaş cəmiyyətini fəalları sözügedən sənəddə hüquqi və siyasi islahatların yer almasını istəyirlər.

“Sazişin böyük hissəsini siyasi islahatlar əhatə etməlidir”, - müraciətdə vurğulanır.

Müəlliflər Avropa Birliyi və Azərbaycan arasında əlaqələrin "demokratiya, qanunun aliliyi və yaxşı idarəçilik, insan hüquqlarına və fundamental azadlıqlara hörmət edilməsi kimi birgə öhdəliklərə və prinsiplərə əsaslanmalı olduğunu" qeyd edirlər.

“İnsan hüquqları məsələsinin vacibliyini, xüsusən də siyasi məhbusların azad edilməsi məsələsini nəzərə almaq lazımdır. Bu, Azərbaycan insan hüquqları sahəsində göstəricilərini yaxşıladırmayaçağı halda müqaviləni ratifikasiya etməyəcəyi ilə bağlı aydın mesaj verən Avropa Parlamentinin mövqeyinə də uyğun olar”, - müraciətdə deyilir.

Bakı ilə Brüssel arasındakı danışıqların şəffaflığının, Azərbaycanın vətəndaş cəmiyyəti ilə daimi məsləhətləşmələrin aparılmasının vacibliyi də qeyd edilib.

Müraciət məllifləri hesab edirlər ki, vətəndaş cəmiyyəti qurumlarının fəaliyyət göstərməsi üçün bütün hüquqi və siyasi şərtlər yerinə yetirilməli, bütün hüquq və azadlıqlar qanunlarla və praktikada təmin olunmalıdır.

Vəkilləri Vəkillər Kollegiyasından çıxarılmaqdan qoruyan mexanizmlərin işlək hala salınması, nümayəndəlik institutunun bərpa edilməsi məsələsinə də toxunulur.

Müracəti imzalayanlar arasında Arzu Abdullayeva, Sabit Bağırov, Novella Cəfəroğlu, Rəsul Cəfərov, Oqtay Gülalıyev, İntiqam Əliyev, Leyla Əliyeva, Əvəz Həsənov, Emin Hüseynov, Fuad Həsənov, Şəhla İsmayıl, Mirvari Qəhrəmanlı, Anar Məmmədli və başqaları var.

Buna da bax: Sazişlə bağlı danışıqlar davam edir

Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə Tərəfdaşlıq və Əməkdaşlıq haqda sazişi 1996-cı ildə imzalayıb. Həmin saziş 1999-cu ildə ratifikasiya edilib və qüvvədədir.

2004-cü ildən Azərbaycan «Şərq Tərəfdaşlığı» Proqramında yer alıb. Bu proqrama Azərbaycandan əlavə daha 5 postsovet ölkəsi - Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna daxildir. Bu ölkələrdən Ukrayna, Moldova, Gürcüstan 2014-cü ildə Avropa Birliyi ilə assosiativ üzvlüyə dair saziş imzalayıb.

Azərbaycan isə bu sənəddən fərqli, strateji əməkdaşlıq barədə ikitərəfli saziş imzalanmasını təklif edib və hazırda həmin saziş ətrafında müzakirələr davam etməkdədir.

Dekabrın 10-12-də Tbilisidə "Şərq Tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Forumunun sessiyası keçiriləcək. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova həmin tədbirə rəsmi dəvətlilər sırasındadır.

XS
SM
MD
LG