Avropa Birliyi Böyük Britaniyanın birlikdən çıxması ilə bağlı Londonla başqa razılaşmaya hazır olduğunu bəyan edib. Amma bir şərtlə ki, London əsas tələbini dəyişsin.
Avropa Birliyinin danışıqlarda nümayəndə heyətinin rəhbəri Mişel Barne Avropa parlamentdə çıxış edərkən xəbərdarlıq edib ki, Britaniyanın Birliyi razılaşmasız tərk etməsi riski indi daha böyükdür.
O qeyd edib ki, Avropa Birliyinin rəhbərliyi razılaşmasız Brekzitə hazır olmalıdır, hansı ki, bu bütün Avropanı dağıda, parçalaya bilər.
Amma Barne qeyd edib ki, Britaniya üçün ən yaxşı yollardan biri, Avropa Birliyinin bəzi razılaşmalarını saxlaması olardı. Avropa rəsmiləri hesab edirlər ki, məsələn, London vahid gömrük ittifaqı və bir mərkəzdən tənzimlənən vahid bazardan çıxmaq fikrindən daşınmalıdır.
Avropa Parlamentdəki ən böyük qrupun lideri Manfred Vebersə hesab edir ki, yeni razılaşmaya heç bir ehtiyac yoxdur:
“Əgər Britaniyalı dostlar təkrar danışıqlar istəyirlərsə və bununla bağlı əlavə sualları varsa, onda bizim də əlavə suallar vermək hüququmuz var. Və bundan sonra bütün məsələləri ortaya qoyacağıq və əgər nəyəsə yenidən baxılsa ,onda danışıqlar masasında təkcə Britaniyanın sualları olmayacaq. Ona görə də hesab edirəm ki, hazırda təkrar danışıqlar üçün manevrə heç bir lüzum yoxdur” Vebers deyib.
Fransa prezidenti Emmanuel Macronsa xəbərdarlıq edib ki, əgər Böyük Britaniya Avropa Birliyindən razılaşmasız çıxsa, ilk uduzan, elə özü olacaq.
Makoron ümid edir ki, Britaniya razılaşmaya yenidən baxmaq üçün yəqin ki, əlavə vaxt istəyəcək.
Britaniya 2016-cı ildə keçirilmiş referenduma görə bu il martın 29-dək birliyi tərk etməyi planlaşdırır. Amma bu ölkənin birliyin bəzi iqtisadi müqavilələrində qalmasına dair ilkin razılaşmanı, Britaniya parlamenti yanvarın 15-də rədd etdi.
Üstəlik baş nazir Tereza May-a etimadsızlıq göstərilməsi məsələsi gündəliyə salındı. Müxalifətin tələbilə səsvermə bu gün yanvarın 16-da keçiriləcək.
Britaniyanın Avropa Birliyindən çıxmasına qarşı olanlar hesab edirlər ki, ölkədə bununla bağlı yeni referendum keçirilməlidir.
Rəy sorğularının nəticələrinə görə əgər yenidən referendum olsa, britaniyalıların çoxu ölkənin Avropa Birliyində qalmasına səs verərdi.