Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 23:17

Breksit kabusu Avropa üzərində dolaşmaqda davam edəcək


Anti-Breksit etirazçısı
Anti-Breksit etirazçısı

AzadlıqRadiosunun müxbiri Rikard Jozwiak yazır ki, Brüssel Breksitin müddətini oktaybrın 31-inə, Heluin və ya Cadugərlər bayramınadək uzatmaqla bu problemi yarım illik də olsa, başından elədi.

Lakin müəllifin fikrincə buna baxmayaraq yaxın gələcəkdə Breksit Avropa siyasətini bir kabus kimi izləməkdə davam edəcək. Avropa İttifaqını narahat edən bunun qonşu Balkanlara mümkün mənfi təsirləridir.

Aprelin 10 dan 11-ə keçən gecə altı saat davam edən müzakirələrdən sonra Avropa liderləri Breksitin müddətini “sərbəst uzatmaq” qərarına gəldilər. Sərbəst uzadılma o deməkdir ki, Britaniyanın İcmalar Palatası Avropa İttifaqından çıxmaq barədə qərarı istədiyi vaxt qəbul edə bilər. Bunun üçün parlament artıq iki ildir ki, ittifaqla London arasında razılaşdırılmış boşanma sazişini qəbul etməlidir.

Amma bu yalnız söhbətdə bu qədər bəsit görünə bilər. Reallıqda isə Avropa liderləri oktyabr ayında daha bir yubadılmanı müzakirə edə bilərlər.

Breksitçilər rahatlığı avrofillərin burnundan gətirə bilər

Bunun başlıca səbəbi budur ki, Britaniya parlamenti həmin bu “razılaşdırılmış” razılaşmanı artıq üç dəfə rədd edib. Britaniyanın iki əsas partiyası arasında sazişin mətninə və müddəalarına dair ciddi fikir ayrılıqları var. İndi vaxtın uzadıldığı bir vaxtda bu iki partiya arasında danışıqların daha da intensivləşəcəyi gözlənilir.

Brüssel müzakirələri
Brüssel müzakirələri

Amma bu həm də müxalif Leyborist Partiyasının lideri Jeremy Corbyn-i bu danışıqları boykot edib yeni parlament seçkisinin keçirilməsinə çağırış etməyə ürəkləndirə bilər.

Yeni seçki mühasirə vəziyyətində olan Theresa May-in baş nazirliyinə son qoya və Boris Johnson və Jacob Rees-Mogg kimi daha sərt breksitçilərin Mühafizəkarlar Partiyasının sükanı arxasına gətirə bilər. Təsadüfi deyildir ki, Jacob Rees-Mogg Britaniyaya verilmiş 6 ay möhləti avropaçıların burnundan gətirməyi vəd edib.

Vəziyyət Rusiyaya yaxşı heç nə vəd etmir

Aprelin 10-da 11-ə keçən gecə London və Aİ arasında əldə edilmiş razılaşma 6 aylıq müddətdə Britaniyanın Avropa İttifaqının işinə əngəl yaratmayacağını nəzərdə tutur. İnsafən indiyədək London bu mənada özünü kifayət qədər yaxşı aparıb.

Bu baxımdan Britaniyanın xatakarlıq edə biləcəyinə dair qorxular şişirdilib, amma o qədər qeyri-real deyil.

İndi Britaniya may ayında keçiriləcək Avropa Parlamenti seçkilərində iştirak etməli olacaq. Təhlilçilər bu seçkidə Britaniyadan seçiləcək siyasətçilərin indiki qədər anti-Avropa olmayacağını deyirlər.

Bu Brüsseli sevindirir, çünki Breksitin uzadılması dövründə Avropa Komissiyasının və Şurasının yeni başçıları seçiləcək və Aİ büdcəsi qəbul olunacaq. Başqa sözlərlə ittafaqının həyatındakı bir sıra mühüm qərarlar Britaniyanın hələ “breksitlədiyi”, amma üzv olaraq qaldığı müddətdə baş verəcək.

Britaniya bu dəyişiklikləri bloklaya bilməz, çünki Komissiya və Şura başçılarının seçilməsi üçün adi səs çoxluğu kafi sayılır. London təbii ki, Rusiyaya qarşı sanksiyaların uzadılmasına tərəfdar olaraq qalacaq.

Avropa Parlamentinə seçkilər

Amma belə görünür ki, Avropa İttifaqının ən böyük problemi elə 2016-cı il referendumundan başlayan Breksit olacaq.

Hazırda Avropa İttifaqının özünün bütün diqqətini daxili strukturların, avrozonanın gücləndirilməsinə, Aİ-nin qonşuluğunda baş verə biləcək gözlənilməz hadisələrə çevik reaksiya vermək qabiliyyətinin artırılmasına yönəltmək istədiyi bir vaxtda Breksit və onunla bağlı bütün qeyri-müəyyənlik İttifaqın başı üstündən asılı qalacaq.

Sonda Rikard Jozwiak bir Avropa diplomatının sözlərini sitat gətirir:

“Biz bunu istəsək də, istəməsək də Breksitin kabusu bizimlə qalacaq”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG