Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:26

Avroliqanın finalı Bakıda keçiriləcək


Futbol üzrə Avropa Liqasının (2018-19) final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.

Qərar UEFA-nın icra komitəsinin bu gün, sentyabrın 20-də keçirilmiş toplantısında qəbul edilib.

Qərara əsasən, Çempionlar Liqasının final oyunu isə Madridin “Atletiko” klubunun yeni istifadəyə verilən “Vanda Metropolitano” stadionunda keçiriləcək.

Olimpiya 69 870, Vanda Metropolitano stadionu isə 67 703 tamaşaçı tutur.

UEFA-nın indiyədək verdiyi məlumatlarda Bakı ilə Madridin Çempionlar liqası , Sevilya ilə İstanbul şəhərlərinin isə Avropa Liqasının finalına ev sahibliyi iddiasında olduğu bildirilirdi.

UEFA-nın icra komitəsi həmçinin, 2019-cu ildə UEFA Super Kuboku oyununun keçiriləcəyi stadionu da seçib.

Çempionlar Liqası və Avropa Liqasının qaliblərinin qarşılaşdığı Super Kubok uğrunda oyun finalı İstanbulun “Beşiktaş” klubunun ev oyunlarını keçirdiyi “Vodafone Park” stadionunda keçiriləcək.

Çempionlar Liqasının final oyunu iyun, Avropa Liqasının finalı isə may ayında oynanılır.

Super Kubok uğrunda oyun isə hər il əsasən avqust ayında baş tutur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG