Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:10

Avropa rəsmiləri "Brekzit"lə bağlı əlavə danışıqları rədd ediblər


Theresa May və German Chancellor Angela Merkel
Theresa May və German Chancellor Angela Merkel

Avropa rəsmiləri Böyük Britaniyanın Avropa Birliyindən çıxması (Brekzit) ilə bağlı razılaşmaya yenidən baxılmasının mümkünlüyünü istisna ediblər.

Böyük Britaniyanın baş naziri Theresa May dekabrın 11-də Berlində Almaniya kansleri Angela Merkellə bu məsələni müzakirə edib.

Amma Almaniyanın DTP agentli adı çəkilməyən mənbələrə istinadla xəbər verir ki, Merkel deyib ki, “Brekzitlə bağlı növbəti danışıqlar olmayacaq”.

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker-də bildirib ki, Avropa Birliyi ilə Britaniya arasında əldə edilən razılaşma ən yaxşı mümkün variantdır.

Qeyd edək ki, Theresa May “Brekzit”lə bağlı dekabrın 10-da parlamentdə keçirilməli olan səsverməni təxirə salamalı olub.

Razılaşmanı parlamentdən keçirmək üçün baş nazirin lazımınca dəstəyi yoxdur.

İndi Theresa May çətin vəziyyətə düşüb.Onun sözçüsü bildirib ki, hökimət məsələ ilə bağlı səsverməni gələn il yanvarın 21-də keçirməyi planlaşdırır.
Əgər kabinet səsverməni uduzsa, Brüssellə danışıqların davam etdirilməsi, vaxtındanəvvəl seçki və ya hətta “Brekzit”lə bağlı təkrar referendum keçirilməsi mümkün variantlardn biri ola bilər.

Britaniyanın Avropa Birliyindən çıxmasına qarşı çıxanlar Avropa Məhkəməsinin dekabrın 10-da qəbul etdiyi qərarı alıqşlayırlar. Həmin qərar əsasən, Britaniya birtərəfli qaydada “Brekzit”dən imtina edə bilər.

Xatırlatma

Britaniya sakinləri 2016-cı ildə keçirilən referendumda cüzi səs çoxluğu ilə ölkənin Avropa Birliyindən çıxmasına səs verdilər.

Prosedur qaydaya əsasən Britaniya 2019-cu il martın 29-da Avropa Birliyindən çıxmalıdır.

Bundan sonra isə 2020-ci ilədək keçid dövrü olmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG