Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:08

Avrasiya İttifaqının üç üzvü Rusiyanın 'anti-Apple' qanununa etiraz edir


Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqının (Aİİ) üç üzv ölkəsi Rusiyanın öz bazarında olan smartfonlara, kompüterlərə və “ağıllı televizorlara” Rusiya proqramlarının qoyulmasını icbari edən qanunu pisləyiblər.

Rusiyada çıxan Vedomosti qəzetinin Avrasiya iqtisadi komissiyasının sənədlərinə istinadən verdiyi xəbərə görə, Qazaxıstan, Belarus və Qırğızıstan hesab edirlər ki, Rusiya qanunu Avrasiya İttifaqının daxili bazarındakı fəaliyyətə əngəl törədə bilər.

Avrasiya İttifaqının mətbuat xidməti təsdiq edib ki, hazırda iqtisadi komissiya üzv ölkələri narahat edən məsələni araşdırır.

Smartfonlara və kompüterlərə Rusiya proqramlarının qoyulmasını məcburi edən qanun Rusiya Duması tərəfindən noyabrda qəbul edilib. Bundan sonra prezident Vladimir Putin qanunu imzalayıb.

Bu qanunda deyilir ki, 2020-ci il iyulun 1-dən bütün elektron avadanlıqlara Rusiya təminat proqramları qoyulmalıdır.

Bu da qeyd edilir ki, Rusiya proqramlarının qoyulmalı olduğu avadanlıqların siyahısını Rusiya hökuməti müəyyən edəcək.

The Bell layihəsi bildirir ki, Rusiya prezidenti tərəfindən qızğın dəstəklənən bu qanunu qeyri-rəsmi olaraq “anti-Apple” qanunu adlandırırlar.

Adının çəkilməsini istəməyən rəsmi bildirib ki, sözü gedən qanun əslində Apple korporasiyasının əleyhinə qəbul edilib.

XS
SM
MD
LG