Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 02:46

Aviaşirkətlərin gəlirləri 39 faiz artıb


AZAL

Bu il sərnişin və yük daşımalarının həcmini xeyli artıran aviasiya şirkətləri qazancın əldə edilməsində xidməti olan işçilərin bir hissəsini ixtisar ediblər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında yerli aviaşirkətlər 346.8 milyon manat, təxminən 100 milyon manat çox gəlir götürüblər. Komitə onların xərcləri və mənfəəti haqda göstəriciləri açıqlamır.

GƏLİR 1 MİLYARD MANATI AŞIB

Bu ilin 3 ayında hava nəqliyyatı ilə 440.7 min, 2016-cı ildəkindən 25.7 faiz çox sərnişin daşınıb. Yüklərin əsas hissəsi isə ölkədən kənarda daşınıb. Daşımaların həcmi 9.7 faiz artaraq 37.4 min ton olub.

DSK-da AzadlıqRadiosuna bildiriblər ki, 2016-cı ildə aviaşirkətlərin gəliri 27 faiz artıb və ilk dəfə 1 milyard manatı aşıb. Gəlir xərcləri 8 faiz üstələyib.

400-DƏN ÇOX İŞÇİ İXTİSAR OLUNUB

Aprelin əvvəlinə aviasiya sektorunda 12 min 100 nəfər çalışırdı. Son bir ildə aviaşirkətlər 400-dən çox işçini ixtisar edib. Bu, sektorda çalışanların 3.4 faizidir.

Aviatorların orta aylıq əməkhaqqı 15.4 faiz artıb. İndi bu sektorda orta maaş 970 manata yaxındır. Uçuş heyəti daha çox maaş alır. Amma manat devalvasiyaya uğradığından bu, «yüksəklərdə uçan» və yüksək maaşa alışan pilotlar üçün çox sayılmaz.

Sərnişin və yük daşımaları ilə məşğul olan «Azərbaycan Hava Yolları» QSC və «Silk Way Holding» MMC maliyyə hesabatlarını təqdim etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG