Keçid linkləri

Təcili xəbərlər
2023, 10 Dekabr, bazar, Bakı vaxtı 01:12

Arsen Avakov istefa ərizəsi yazıb


Arsen Avakov
Arsen Avakov

Ukrayna daxili işlər naziri Arsen Avakov istefa ərizəsi yazıb.

O nazirliyin rəsmi səhifəsində dərc etdiyi müraciətdə hüquq-mühafizə orqanındakı komandasına birgə iş üçün təçşəkkürünü bildirib, lakin istefasının səbəbini açıqlamayıb.

Bu da xəbər verilir ki, Verxovna Rada Avakovun istefa ərizəsinə iyulun 14-də baxa bilər.

Ukraynanın UNN agentliyi məsələyə iyulun 15-də baxılacağını yazır.

Agentliyin verdiyi xəbərə görə iyulun 13-də axşam saatlarında prezidentin “Xalqın xidmətçisi” fraksiyası kadr məsələlərinin müzakirəsi üçün toplanacaq.

Bu iclasda Avakovun da istefasına baxılacağı gözlənilir.

Bu iclasda prezident Volodimir Zelenskinin şəxsən iştirak edəcəyi xəbər verilib.

Rusiyanın TASS xəbər agentliyi yazır ki, Avakovun vəzifəsini tutacaq şəxslərin arasında Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilovun da adı çəkilir.

57 yaşlı Bakı doğumlu Arsen Avakov...

57 yaşlı Bakı doğumlu Arsen Avakov bu vəzifəyə 2014-cü ilin 27 fevralında, Maydan hadisələrinin dərhal ardınca təyin edilib.

Bundan sonrakı fəaliyyəti illərində Avakov həm “ləyaqət inqilabı” tərəfdarları, həm də onun opponentləri tərəfindən tənqidlərlə üzləşib.

Avakovu polisin islahatında yol verilmiş səhvlərə, həm də bir neçə hay-küylü qətl hadisəsinin açılmamasına görə ittiham edirlər.

Bütün bu tənqid və ittihamlara baxmayaraq Avakov vəzifəsində dəyişməz olaraq qalırdı.

O postunu Petro Poroşenkonun seçki məğlubiyyətindən sonra da saxlaya bilmişdi.

XS
SM
MD
LG