Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 19:13

Yeni cərimə: 2500 manatacan...


►Auditdən yayınan cərimə ödəyəcək

Martın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində (İXM) məcburi audit yoxlamasından keçməyənlərə cərimələr nəzərdə tutulub.

Vəzifəli şəxslər - 300-600 manat, hüquqi şəxslər – 1500-2500 manat cərimə ödəməli olacaqlar.

Dəqiq məbləği yerli məhkəmələr müəyyənləşdirəcək.

Səlahiyyətli şəxslərin siyahısı 3 aydan sonra hazır olmalıdır

Prezidentin fevralın 15-də imzaladığı fərmanla Nazirlər Kabinetinə tapşırılıb ki, məcburi auditdən yayınmaya dair protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı hazırlanıb təqdim edilsin.

Bu işə 3 ay vaxt ayrılıb.

Maraqlıdır ki, məcburi auditdən yayınmaya görə cərimə hələ 2011-ci ilin fevralında - İXM-ə əlavədədə nəzərdə tutulsa da, cəriməni gerçəkləşdirəcək dövlət qurumu müəyyənləşdirilməmişdi.

Bu üzdən şirkətlər auditor xidmətindən fəal yararlanmırdı.

Özəlləşdirilən müəssisə səhmdarları audit yoxlamasından keçməməyə görə daha çox əziyyət çəkiblər. Belə səhm sahibləri səhmdar cəmiyyətini öz bildiyi kimi yönəldib, gəliri gizlədən əsas səhmdar və menecerlərin onları asanca aldatdığını düşünürlər.

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

On subyektdən yalnız biri auditdən keçir?

Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov AzadlıqRadiosuna deyib ki, ölkədə məcburi auditdən keçməli olan subyekt sayı 70 mini aşsa da, onların təxminən 28-30 mini fəaliyyətdədir:

“Auditor təşkilatları ilə müqavilə bağlayıb, maliyyə fəaliyyətini yoxlatdıran qurumların sayı 3 mini keçmir. Qanunvericiliyə dəyişikliklər bu prosesə canlanma gətirəcək”.

“Kaspian Audit Kompani” şirkətinin direktoru Əlibala Məhərrəmzadənin fikrincə, bir çox şirkətin məcburi aiditdən yayınması auditor xidmətinə pul xərcləməmək istəyindən qaynaqlanır:

“Şirkətin illik fəaliyyətinin yoxlanılması üçün auditora ödənişin məbləği 500 manatdan başlayır. İşin həcmi və yerinə yetirilməsi müddətindən asılı olaraq, məbləğ bir neçə min manat da ola bilər. Şirkət sahibləri anlamalıdırlar ki, idarəetmənin keyfiyyətini dəyərləndirmək üçün ən zəruri addımlardan biri – audit yoxlamasıdır”.

Müstəqil audit yoxlamasından keçməli qurumlar

“Auditor xidməti haqqında” qanuna əsasən, maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün audit məcburidir.

Digər qanunlar bu çevrəni bir qədər də genişləndirir. Səhmdar cəmiyyətləri, məhdud məsuliyyətli cəmiyyətlər, birləşdirilmiş maliyyə hesabatları tərtib edən şirkətlər, təbii inhisar fəaliyyəti subyektləri, maliyyə-sənaye qrupları, fondlar, bələdiyyələr də mütləq müstəqil auditor yoxlamasından keçməlidir.

Kommersiya şirkətləri auditor rəyini təkcə təsisçilərinə deyil, vergi bəyannaməsi ilə birgə, vergi orqanına da təqdim etməlidir. Amma bir çox hallarda şirkətlər bu tələbə əməl etmir, vergi məmurları da buna göz yumurlar.

Buna da bax: Cərimələr... (Karikatura)

XS
SM
MD
LG