Keçid linkləri

2026, 06 İyun, şənbə, Bakı vaxtı 12:27

Keçmiş hərbi attaşe "ölüm işi"ndə ifadə verdi

İllüstrasiya
İllüstrasiya

"Müstəntiq mənə dedi ki, "siz bütün aidiyyəti orqanlara ərizələr yazırsız, amma bilin ki, mən o ərizələrə ayağımı silib atıram.

Gedin fikirləşin, əgər bacınız cinayəti etiraf eləsə, siz vəzifənizdə qalacaqsız". Mən elə oğul deyiləm ki, rütbəyə görə bacımın günahsız həbsdə yatmasına razılaşım".

Bunu yaxın vaxtlara qədər Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesi olmuş İlyas İbrahimov iyunun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində bacısının ittiham olunduğu iş üzrə ifadə verərkən deyib.

Onun bacısı Xalidə İsgəndərova Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini olmuş Füzuli İsgəndərovun həyat yoldaşıdır. O, həyat yoldaşını qətlə yetirməkdə suçlanaraq həbs olunub.

EVDƏ DƏ "WIFI"DAN İSTİFADƏ QADAĞAN OLUB

Xalidə İsgəndərova ittiham olunur ki, mübahisə zaminində həyat yoldaşını öldürəndən sonra Türkiyədə səfirlikdə işləyən qardaşı ilə "Skype" proqramı vasitəsilə əlaqə saxlayaraq, cinayətin üstünü ört-basdır eləmək üçün onunla məsləhətləşib. Lakin Xalidə İsgəndərova bu barədə deyilənlərin yalan olduğunu bildirir və həyat yoldaşının evə bitişik qarajda maskalı şəxs tərəfindən qətlə yetirildiyini bildirir.

Elə İlyas İbrahimov da ünvanına səslənən ittihamları rədd edir. O, məhkəmədə bildirib ki, hadisə baş verən gün gecədən etibarən gündüz bu hadisə barədə qardaşından xəbər tutana qədər ümumiyyətlə, mobil internetdən istifadə etməyib. Qaydaya görə, onlara evdə də "WiFi"dan istifadə qadağandır. Bu baxımdan, hadisədən sonra "Skype"la bacısı ilə əlaqə saxlayıb onu təlimatlandırdığı barədə deyilənlər yalandır. Onun sözlərinə görə, Azərbaycanın Türkiyədəki səfirinin sorğusu əsasında onunla bağlı "Türkcell"dən cavab da alınıb və bu da deyilənlərin yalan olduğunu sübut edir.

____________________________________________________________

Bunlara da bax:
REAL: 'Qanun'da axtarılan 'bomba' bu imiş
Sel Tovuzda 4 kəndlə əlaqəni kəsdi

____________________________________________________________

"Mən bu hadisə ilə əlaqədar bacımla nə telefonla, nə də "Skype"la danışmışam. Füzulinin yeddisi günü Bakıya gəldim, üç gün qaldım, sonra qayıtdım. Bu hadisə ilə əlaqədar nazirin əmri ilə iki dəfə Bakıya çağırılmışam, ifadə vermişəm. Bakı şəhər Prokurorluğunun təqdimatı əsasında vəzifədən çıxarılmışam, hazırda Müdafiə Nazirliyinin sərəncamında olan polkovnikəm", - İlyas İbrahimov bildirib.

“BIÇAĞI ÖZÜMƏ VURARDIM”

Xalidə İsgəndərova isə həyat yoldaşının sifarişlə xüsusi killer tərəfindən qətlə yetirildiyini deyir. O, Füzuli İsgəndərovun ölümünə görə baldızının əri Mahir Süleymanovdan şübhələndiyini bildirir. Şübhələrini də belə əsaslandırır ki, həyat yoldaşı çoxsaylı mənzilləri, obyektlərinin böyük əksəriyyətini bacısının və yeznəsinin adına keçirmişdi.

Yeri gəlmişkən, Füzuli İsgəndərovun qeyri-rəsmi yaşadığı qadın da məhkəmədə ifadəsində bildirib ki, o, əsəbi vaxtlarından birində bacısına xeyli pul verib indi də geri ala bilməməsindən şikayətlənmişdi.

Mahir Süleymanov da məhkəmədə dindirilib. O, ünvanına səslənən ittihamı rədd edib:

"Biz Füzuli ilə dost, qardaş olmuşuq, mən bıçağı özümə vurardım, ona vurmazdım".

O, Xalidə İsgəndərova ilə düşmən münasibətində olduğunu deyir:

"Biz əvvəl qonşu idik, bu qadın qaratikan kolu idi aramızda. Ona görə köçüb getdik. Hər yerdə mənim adımı hallandırırlar, sübutları varsa, qoysunlar ortaya".

ÖLƏNDƏ ONA BORCLARI OLMAYIB

Mahir Süleymanov qaynı ilə şərik işlədiklərini, bir sıra hallarda ondan borc pul aldıqlarını da təsdiqləyib. Bununla belə, əlavə edib ki, öləndə ona bir qəpik də borcları olmayıb.

Mahir Süleymanovun adına rəsmiləşmiş bir xeyli ev və obyektə gəlincə, o bildirib ki, həmin əmlaklar onun özünə məxsusdur.

Məhkəmə prosesi iyunun 20-də davam edəcək.

Xatırladaq ki, Füzuli İsgəndərov 2014-cü il sentyabrın 1-də evində qətlə yetirilib. Onun həyat yoldaşı Xalidə İsgəndərova səkkiz ay bu iş üzrə zərərçəkmiş qismində tanınıb. 2015-ci ilin aprelində isə mübahisə zəminində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilərək həbs olunub.

Füzuli İsgəndərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

Buna da bax: İspaniya Çexiyaya 1:0

İspaniya Çexiyaya 1:0

İspaniya millisi qələbəni qeyd edir. D qrupunda münarizə aparan komanda növbəti oyununa iyunun 17-də Türkiyə millisi ilə çıxacaq. Çexiya millisi isə elə həmin gün Xorvatiya yığması ilə görüşəcək. Qeyd edək ki, Xorvatiya ilk görüşdə Türkiyə millisini 1:0 hesabı ilə məğlub edib.
1/8 İspaniya millisi qələbəni qeyd edir. D qrupunda münarizə aparan komanda növbəti oyununa iyunun 17-də Türkiyə millisi ilə çıxacaq. Çexiya millisi isə elə həmin gün Xorvatiya yığması ilə görüşəcək. Qeyd edək ki, Xorvatiya ilk görüşdə Türkiyə millisini 1:0 hesabı ilə məğlub edib.
Qrupun ilk oyununda isə Xorvatiya millisi dünən Türkiyəni mğlub edib.
İspaniya millisi "Avro-2016" nın qurup mərhələsində Çexiya millisini 1:0 hesabı ilə məğlub elədi.
Yeganə topu 87-ci dəqiqədə 3 nömrəli oyuncu Gerard Pique vurdu. O baş ilə Ptr Çexin qapısına yol tapa bildi. Bundan sonra oyuna edilən əlavə vaxtda hesab dəyişməz qaldı. Beləliklə İspaniya millisi qrup mərhələsində ilk qələbəsini qazandı. Oyunun sonlarında Çexiya millisinin də 1 dəfə qol şansı oldu. Amma Vladimir Darida bu şansdan istifadə edə bilmədi.
2/8 İspaniya millisi "Avro-2016" nın qurup mərhələsində Çexiya millisini 1:0 hesabı ilə məğlub elədi. Yeganə topu 87-ci dəqiqədə 3 nömrəli oyuncu Gerard Pique vurdu. O baş ilə Ptr Çexin qapısına yol tapa bildi. Bundan sonra oyuna edilən əlavə vaxtda hesab dəyişməz qaldı. Beləliklə İspaniya millisi qrup mərhələsində ilk qələbəsini qazandı. Oyunun sonlarında Çexiya millisinin də 1 dəfə qol şansı oldu. Amma Vladimir Darida bu şansdan istifadə edə bilmədi.
Qrupun ilk oyununda isə Xorvatiya millisi dünən Türkiyəni mğlub edib.
İspaniya millisinin kabitanı, 15 nömrəli oyuncu Sergio Ramos topu başı ilə qapıya doğru vurur. Amma top qapıya girmir. İspaniya millisinin bir neçə dəfə qol şansı olsa da həllik bundan istifadə edə bilməyib.Hazırda oyunun 64-cü dəqiqələri gedir. Çexiya millisi də ikinci hissədə bir dəfə fərqlənə bilərdi. Amma Roman Hubnik şansdan istifadə edə bilmədi. İspaniya millisinin qapıçısı David De Gea topu asanlıqla tutdu.
3/8 İspaniya millisinin kabitanı, 15 nömrəli oyuncu Sergio Ramos topu başı ilə qapıya doğru vurur. Amma top qapıya girmir. İspaniya millisinin bir neçə dəfə qol şansı olsa da həllik bundan istifadə edə bilməyib.Hazırda oyunun 64-cü dəqiqələri gedir. Çexiya millisi də ikinci hissədə bir dəfə fərqlənə bilərdi. Amma Roman Hubnik şansdan istifadə edə bilmədi. İspaniya millisinin qapıçısı David De Gea topu asanlıqla tutdu.
Qrupun ilk oyununda isə Xorvatiya millisi dünən Türkiyəni mğlub edib.
Oyunun birinci hissəsi başa çatdı. İspaniya millisinin qapıçısı David de Gea sonuncu dəqiqələrdə uzaqdan vurulan zərbəni asanlıqla tutur. İspaniya millisi daha fəaldır.  Amma hələlik hesab açılmayıb. Topa daha çox İspaniya millisi nəzarət edir.
4/8 Oyunun birinci hissəsi başa çatdı. İspaniya millisinin qapıçısı David de Gea sonuncu dəqiqələrdə uzaqdan vurulan zərbəni asanlıqla tutur. İspaniya millisi daha fəaldır.  Amma hələlik hesab açılmayıb. Topa daha çox İspaniya millisi nəzarət edir.
Qrupun ilk oyununda isə Xorvatiya millisi dünən Türkiyəni mğlub edib.
Alvaro Morata qapıya zərbə endirir. Hazırda oyunun 39-cu dəqiqəsi gedir. İspaniya millisi daha çox fəaldır, hücuma can atır. Amma hələlik hesab açılmayıb.
5/8 Alvaro Morata qapıya zərbə endirir. Hazırda oyunun 39-cu dəqiqəsi gedir. İspaniya millisi daha çox fəaldır, hücuma can atır. Amma hələlik hesab açılmayıb.
Qrupun ilk oyununda isə Xorvatiya millisi dünən Türkiyəni mğlub edib.
İspaniya-Çexiya görüşü başladı.Hazırda oyunun 10-cu dəqiqələri gedir. Hələlik hesab açılmayıb. Hər iki komanda hücuma meyilli oyun nümayiş elətdirir. Amma komandalardan heç birinin hələlilk real şansı olmayıb.
6/8 İspaniya-Çexiya görüşü başladı.Hazırda oyunun 10-cu dəqiqələri gedir. Hələlik hesab açılmayıb. Hər iki komanda hücuma meyilli oyun nümayiş elətdirir. Amma komandalardan heç birinin hələlilk real şansı olmayıb.
Qrupun ilk oyununda isə Xorvatiya millisi dünən Türkiyəni mğlub edib.
İspaniyalı azarkeş oyun öncəsi. Qeyd edək ki, D qrupunda İspaniya və Çexiya milliləri görüşür. İspaniya millisi ötən çempionatın qalibidir. Tuluzada keçirilən görüş Bakı 

17:00. İspaniya-Çexiya
Baş hakim: Şimon Martsinyak
Yan xətt hakimləri: Pavel Sokolnitski, Tomaş Listkeviç
Əlavə köməkçi-hakimlər: Pavel Raçkovski, Tomaş Musyaldır (hamısı
Tuluza)
7/8 İspaniyalı azarkeş oyun öncəsi. Qeyd edək ki, D qrupunda İspaniya və Çexiya milliləri görüşür. İspaniya millisi ötən çempionatın qalibidir. Tuluzada keçirilən görüş Bakı  17:00. İspaniya-Çexiya Baş hakim: Şimon Martsinyak Yan xətt hakimləri: Pavel Sokolnitski, Tomaş Listkeviç Əlavə köməkçi-hakimlər: Pavel Raçkovski, Tomaş Musyaldır (hamısı Tuluza)
Qrupun ilk oyununda isə Xorvatiya millisi dünən Türkiyəni mğlub edib.
Çexiyalı azarkeş oyuna hazırlaşır. Bu komandaların mübarizə apardığı D qrupuna hazırda 3 xalla Xorvatiya millisi başçılıq edir. Komanda bu xalı bir gün əvvəl Türkiyə üzərindəki qələbə ilə qazanıb.Həmin oyunda xorvatlar türkləri 1:0 hesabı ilə məğlub edib. Çexiya millisində Tomáš Rosický və qapıçı Petr Čech kimi veteran oyunçular var.
8/8 Çexiyalı azarkeş oyuna hazırlaşır. Bu komandaların mübarizə apardığı D qrupuna hazırda 3 xalla Xorvatiya millisi başçılıq edir. Komanda bu xalı bir gün əvvəl Türkiyə üzərindəki qələbə ilə qazanıb.Həmin oyunda xorvatlar türkləri 1:0 hesabı ilə məğlub edib. Çexiya millisində Tomáš Rosický və qapıçı Petr Čech kimi veteran oyunçular var.
Qrupun ilk oyununda isə Xorvatiya millisi dünən Türkiyəni mğlub edib.
Öncəki slayd
Növbəti slayd

XS
SM
MD
LG