Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Mötəbər araşdırma mərkəzi ABŞ-ı Balkanlarda daimi baza qurmağa çağırır


Kosovodakı KFOR qüvvələri
Kosovodakı KFOR qüvvələri

Vaşinqtonda mənzillənmiş mötəbər araşdırma mərkəzlərindən biri ABŞ-ı Qərbi Balkanlardakı vəziyyətin stabilləşdirilməsi və Rusiyanın bu bölgəyə sirayət etməsinin qarşısının alınması məqsədilə Cənub-Şərqi Avropada daimi hərbi baza qurmağa çağırırb.

Atlantic Council araşdırma mərkəzinin noyabrın 29-da Vaşintonda keçirilən Cənub-Şərqi Avropa konfransının ərəfəsində açıqladığı hesabatda deyilir ki, belə bir addım “ABŞ-ın bu regionun sabitliyinə sadiqliyini nümayiş etdirər və Birləşmiş Ştatlara buradakı hadisələrə uzunmüddətli nəzarət imkanı verərdi”.

“Balkanlar – Regionda yeni ABŞ strategiyası” (Balkans Forward – A New U.S. Strategy for the Region) adlı hesabat Qərbi Balkanları “burulğan içində” olan region adlandırır və ərazidə Rusiyanın təcavüzündən ehtiyatlı olmaq xəbərdarlığı verir.

Hesabatda deyilir ki, Cənub-Şərqi Avropa ölkələri Qərbə doğru hərəkətdə “nəzərəçarpacaq irəliləyiş” əldə ediblər, lakin hadisələrin “son nəticəsi” əvvəlcədən proqnozlaşdırıla bilməz.

Sənəddə daha sonra deyilir: “Qərbi Balkanlar bütövlükdə Avropanın başa çatdırılmamış işi olaraq qalır. Birləşmiş Ştatlar və Avropanın diqqətləri öz daxili narahatlıqlarına yönəldiyi bir vaxtda, Rusiya və başqa ölkələr bu regionda geosiyası relyefi dəyişdirməklə məşğuldur”.

Hesabatda deyilir ki, bu regionda ABŞ-ın hərbi mövcudiyyəti Kosovadakı Kemp Bondstil (Camp Bondsteel) bazasının modeli üzərində qurula bilər.

1990-cı illərdə yaradılmış bu baza ABŞ-ın Kosovadakı əsas bazasıdır və NATO qüvvələrinin istifadəsindədir.

Atlantic Council bildirir ki, bu regiona yerləşdiriləcək ABŞ qoşunları yerli hökumətlərin terrora qarşı mübarizəsinin gücləndirilməsinə və humanitar fəlakətlər zamanı xilasetmə və yardım işlərinin koordinasiyasına kömək edərdi.

Türkiyə də təhlükədir?

ABŞ-ın Belqraddakı səfirliyi hesabatdakı tövsiyələri qədərindən artıq qiymətləndirməməyə çağırırb.

Səfirlik deyib ki, Birləşmiş Ştatlarda bir çox elmi-araşdırma təsisatları xarici siyasət məsələlərinə dair müzakirələrdə fəal iştirak edir və bu, demokratik prosesin mühüm amilidir. Amma bununla yanaşı unutmaq olmaz ki, araşdırma mərkəzləri ABŞ-ın xarici siyasətində heç bir rəsmi rola malik deyillər.

Atlantic Council mərkəzinin hesabatında habelə deyilir ki, Birləşmiş Ştatlar və Avropa Serbiyanı Qərbə doğru səmtləndirmək və ənənəvi müttəfiqi Moskvadan aralamaq üçün onunla “tarixi yaxınlaşmanı” həyata keçirməlidir.

Hesabatda deyilir ki, Belqrad regionda Qərbin müttəfiqi ola bilər və olmalıdır, lakin bunun üçün onun özünü Rusiyadan aralaması vacibdir.

Başqa tövsiyələr kimi, Birləşmiş Ştatların Monteneqro və Yunanıstan, Serbiya və Kosovo arasındauzunmüddətli mübahisələrdə “ədalətli vasitəçi” olması təklif edilir.

Hesabatda bu da bildirilir ki, regiondakı mübahisələrin vətəndaş müharibəsi həddinə çatması Rusiyanın regiona müdaxiləsinə yol aça bilər, bu isə son dərəcə təhlükəlidir.

Hesabatda habelə Türkiyənin bu bölgədə, xüsusilə də Bosniya-Herseqovinada və Albaniyada “öz yaxınlarından ibarət çevrə” yaratmaq cəhdlərinin təhlükəsi barədə söhbət açılır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG