Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:09

Hakerler bütöv şəhəri 'girov' götürdülər


Haker
Haker

Çərşənbə axşamı günü Atlanta şəhər hökumətinin 8 min əməkdaşına çoxdan gözlədikləri xəbər verilib: artıq onlar öz kompüterlərini aça bilərlər.

Ancaq şəhər hökumətinin stolüstü kompüterləri, bərk diskləri və printerləri son beş gündə ilk dəfə «həyata qayıtsa» da, adi şəhər sakinləri hələ də öz sürücülük cərimələrini, parkinq borclarını, kommunal xərclərini onlayn ödəyə bilmir, problemləri haqda şəhər hökumətinin saytında məlumat verə bilmirdilər. Dünyanın ən məşğul hava limanında isə sərnişinlər pulsuz Wi-Fi-dan istifadə edə bilmirlər.

Ötən həftənin cümə axşamı günündən bəri virus hücumu Atlantanın bələdiyyə hökumətini iflic edib. Bu, Amerikanın böyük şəhərlərinə ən dayanıqlı və ən çox zərər vurmuş hücumlardan biridir.

Girov vəziyyəti

Təhlükəsizlik ekspertləri Atlanta şəhərini hədəfə alan, ondan rəqəmsal fidyə tələb edən bu hücumun bir cinayətkar haker qrupunun adı ilə bağlı olduğunu deyirlər. Bu dəstənin hədəflərini çox ehtiyatla seçdiyi bildirilir. Hücum gündəlik əməliyyatlar üçün kompüter şəbəkələrinə güvənən hökumətlərin zəifliklərini bir daha ortaya qoyub. Fidyə virusu hücumu zamanı virus proqramı qurbanın kompüterini və ya şəbəkəsini iflic edərək mühüm məlumatlara çıxışı bloklayır, tələb olunan fidyə ödənənədək bloku aradan qaldırmır.

300 dollar istəyən virus
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

«Biz girov vəziyyəti ilə üz-üzəyik. Bu əslində, hökumətimizə və deməli, hamımıza hücumdur», – Atlanta meri Keisha Lance Bottoms bu həftə deyib.

6 milyon əhalisi olan metropoliyanın özəyi sayılan Atlanta şəhər hökumətinə hücum bu qəbildən ilk hadisə deyil. Bu yaxınlarda Amerikanın başqa iri şəhərləri də haker hücumlarına məruz qalıb. Məsələn, ötən il hakerlər Dallas şəhər hökumətinə hücum edərək gecəyarısı tornado sirenalarını işə salmaq imkanı əldə etmişdilər.

Atlanta şəhərinə hücumu bu qədər təhlükəli edən qismən bu hərəkətin arxasında dayanan cinayətkarlardır. Belə ki, qurbanların fayllarını şifrələməklə bloklayan cinayətkar qrup faylların adını müvəqqəti olaraq dəyişdirərək «I'm sorry» qoyur və qurbanlara tələb olunan fidyəni ödəməyə bir həftə vaxt verir. Əks halda, həmin faylları tamamilə məhv etməklə hədələyir.

51 min dollarlıq fidyə tələbi

Atlantada yerləşən «Dell SecureWorks» təhlükəsizlik şirkətinin mütəxəssisləri şəhər hökumətinə virus hücumunun öhdəsindən gəlməkdə kömək edir. Onlar hücumu təşkil edənlərin «SamSam» adlı haker qrupu olduğunu müəyyənləşdirə biliblər. Bu qrup bu qəbildən fidyə virusu hücumlarını təşkil edən onlarla haker qrupu arasında ən çox rast gəlinən və ən səliqəli iş görənlərdən biri sayılır. «SamSam» qrupu çox zaman onların fidyə tələbləri ilə razılaşmaq ehtimalı ən çox olan hədəfləri seçməsi ilə tanınır. Fidyə isə, bir qayda olaraq, 50 min dolların Bitcoin ekvivalenti olur. Bu haker qrupu, eyni zamanda, öz qurbanlarının ən dəyərli məlumatlarını taparaq bloklaması ilə məşhurdur.

Avropa yeni kiberhücum cəngindədir
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Rəsmilər Atlantada cinayətkarların fidyə tələbinin təxminən 51 min dollar olduğunu deyirlər. Haker qrupu burada şəhər hökumətinin kompüter şəbəkəsinin bəzi hissələrini çox çətin duruma salıb. Bəzi mühüm sistemlər, o cümlədən 911 (təcili yardım, polis, yanğın, fövqəladə hallar) zəng sistemi və kanalizasiya sularına nəzarət sistemi zədələnməyib. Ancaq şəhər hökumətinin digər qolları günlərlə qarışıq durumda qalıb.

Atlanta Bələdiyyə Məhkəməsi qərarlarını qüvvəyə mindirə bilməyib. Şəhərin polis zabitləri raportlarını əllə yazmağa məcbur olublar. Şəhər hökuməti iş ərizələrini qəbul etməyi dayandırıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG