Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:52

ATƏT nümayəndəsi Mehman Hüseynovun ‘mümkün qədər tez’ azad edilməsinə çağırır


Harlem Desir
Harlem Desir

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Désir Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova məktubunda həbsxanadakı bloqqer Mehman Hüseynovun vəziyyətindən və sağlamlıq durumundan ciddi narahatlıq ifadə edib.

Yanvarın 9-da açıqlanmış məktubunda Harlem Désir Azərbaycan hakimiyyətini Mehman Hüseynova qarşı irəli sürülmüş yeni ittihamlara xitam verilməsinə çağırır.

Mehman Hüseynovun dekabrın sonlarından bəri aclıq aksiyası keçirdiyi xəbər verilmişdi.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi daha sonra yazır:

“Dərin narahatlıq yaradan budur ki, bu insident indi, Mehman Hüseynovun 2019-cu ilin martında həbsxanadan azad edilməsinə az qalmış baş verib və ona qarşı yeni ittihamlar əlavə olaraq 7 il müddətinə azadlıqdan məhrumetmə ilə nəticələnə bilər. Mən hakimiyyəti Hüseynova qarşı yeni cinayət ittihamlarını ləğv etməyə və onun özünü həbsxanadan mümkün qədər tez azad etməyə çağırıram”.

Bundan əvvəl verilən xəbərlərdə hakimiyyət orqanları iddia edirdilər ki, Mehman Hüseynov dekabrın 26-da həbsxana işçisinə qarşı insident törədib. Bunun ardınca Hüseynovun barəsində istintaqa başlanıb, onun özü isə məhkəməyə qədər saxlanma təcridxanasına köçürülüb.

Mehman Hüseynov özünə qarşı bütün ittihamları rədd edib və baş verənlərə etiraz olaraq aclıq aksiyasına başladığını bildirib.

Aclıq aksiyasının onun səhhətinə ciddi ziyan vurduğu xəbər verilir.

ATƏT nümayəndəsi Azərbaycan hakimiyyətini habelə Hüseynovun sağlamlıq problemləri barədə xəbərləri araşdırmağa və Hüseynova peşakar tibbi xidmət göstərilməsinə çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG