Keçid linkləri

2025, 05 İyul, şənbə, Bakı vaxtı 19:19

ATƏT-in baş katibi: 'Əhəmiyyətli irəliləyiş yoxdur'


 Lamberto Zannier, Moskvada Beynəlxalq Təhlükəsizlik konfransında çıxış edir, 28 aprel 2016
Lamberto Zannier, Moskvada Beynəlxalq Təhlükəsizlik konfransında çıxış edir, 28 aprel 2016

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş yoxdur.

Bunu ATƏT-in baş katibi Lamberto Zannier deyib. (Trend)

Zannier bildirib ki, son bir neçə gündə baş verən insidentlərdən narahatdır:

"Münhendə ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, Fransa, ABŞ) Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşləri olub. Müzakirələr müsbət idi, lakin əhəmiyyətli irəliləyiş yoxdur”.

Zannierin sözlərinə görə, ATƏT tərəflərin razılığa gəldiyi bütün mexanizmləri işə salmağa hazırdır:

“Amma biz qərarların qəbul edilməsində tərəfləri əvəz edə bilmərik. Təəssüf ki, irəliləyiş azdır və mənim hər iki ölkə liderinin görüşü ilə bağlı vaxt demək imkanım yoxdur ki, sammit olsun. Bu, istənilən halda hələlik aktual deyil”.

ATƏT-in baş katibi onu da deyib ki, ağır silahların istifadəsi və mülki şəxslər arasında qurbanların olması vəziyyətin pisləşdiyini göstərir.

XS
SM
MD
LG