Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 12:28

Atəşkəsin 25 ili tamam oldu


İşğal altında olan Şuşa şəhəri, 25 mart 2014
İşğal altında olan Şuşa şəhəri, 25 mart 2014

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu gün, mayın 11-də Azərbaycan və Ermənistan arasında atəşkəsin 25 illiyi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, 1994-cü il mayn 12-də Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsi imzalanıb.

“Münaqişə zonasında atəşkəsin elan edilməsi birmənalı şəkildə bütün hərbi fəaliyyətin dayandırılması, işğalçı qüvvələrin geri çəkilməsi, beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsi, kommunikasiyaların bərpası, məcburi köçkünlərin geri qayıtması və münaqişənin yekun həlli üçün danışıqların davam etdirilməsi kimi məqsədlərlə əlaqələndirilib”, sənəddə yazılıb

XİN-ə görə, atəşkəs təkcə işğalçı qüvvənin atəşi dayandırması yox, hərbi qüvvələrin münaqişə zonasından çıxarılması, işğal vəziyyətinin möhkəmləndirilməsinə xidmət edən fəaliyyətdən, o cümlədən məcburi köçkünlərin qayıdışına maneə olan hərəkətlərdən çəkinilməsi demək idi. “Atəşkəsin əldə edilməsinə baxmayaraq, ötən 25 il ərzində Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrində tarixən yaşayan azərbaycanlıların etnik təmizlənməsi ilə nəticələnən, beynəlxalq tanınmış ərazilərimizin beşdə birinin Ermənistan tərəfindən işğalı hələ də davam edir”, bəyanatda yazılıb

Sənədə görə bölgədə davamlı sabitlik Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı, erməni icmalarının sülh şəraitində birgə yaşayışının təşviq və normal qonşuluq münasibətlərinin bərpa olunmasından keçir.

Xatırlama

Atşkəs müqaviləsi 1994-cü il mayın 12-də Qırğızıstanın Bişkek şəhərində imzalanıb. Bu sənəd tarixə Bişkek protokolu kimi düşüb.

Qarabağ münaqişəsi isə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitşik 7 rayon işğal edilib. Bu münaqişə ATƏT-in Minsk qrupu vasitəsi ilə tənzimlənir. ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir.

XS
SM
MD
LG