Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 20:47

Atəşkəs 8 dəfə pozulub


Azərbaycan ordusu təlim zaman, noyabr 2016

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 8 dəfə pozublar.
Məlumatda qeyd edilir ki, Ermənistanınİcevan rayonunun Berkaber və Berd rayonunun Ayqepar kəndlərindəki mövqelərindənAzərbaycan hərbçilərinin Qazaxın Qızılhacılı və Tovuzun Əlibəyli kəndlərində yerləşən mövqeləri atəşə tutulub.
Nazirlik bildirir ki, Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrin mövqeləri atəşə tutulub.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

2016-cı il əvvəlki illərlə müqayisədə cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır.

XS
SM
MD
LG