Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 08:33

Atəşkəs 24 dəfə pozulub


Foto: arxiv

Noyabrın 27-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 24 dəfə pozub.

Qarşı tərəf qumbaraatanlardan istifadə edib.

Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərdən Azərbaycan ordusunun Tovuz rayonunun Koxanəbi və Ağdam kəndlərində yerləşən mövqeləri atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Mərzili, Şıxlar, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

XS
SM
MD
LG