Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 01:33

Martın 18-ə keçən gecə Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 115 dəfə pozub.

Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Şavarşavan, Voskevan, Barekamavan, Berdavan və Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli, Bala Cəfərli, Fərəhli, Quşçu Ayrım, Qaymaqlı və Kəmərli kəndlərindəki mövqlər vurulub.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Məlumatda deyilir ki, Berd rayonunun Çinari, Ayqedzor, Ayqepar, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu, Əlibəyli və Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelər hədəf seçilib.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Baş Qərvənd, Cəvahirli, Mərzili, Nəmirli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrin mövqeləri atəşə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG