Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:19

'İndi həmin bombalar Türkiyənin şəhərlərində partlayır'


İstanbul hava limanındakı partlayışların şahidləri
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

İstanbul hava limanındakı partlayışların şahidləri

►"Hazırkı şəraitdə terror təhlükəsini neytrallaşdırmaq və ya minimuma endirmək çox çətin vəzifə kimi görünür"

Türkiyədə iyunun 28-dən 29-na keçən gecə baş verənlər Azərbaycanda da diqqətlə izlənilməkdə, sosial şəbəkələrdə Erdogan hakimiyyəti tənqid olunmaqdadır.

Ölkəni son aylar təqib edən terrordan qorumaqdan ötrü hansı addımlar atılmalı, nələr dəyişdirilməlidir? Politoloq Şahin Cəfərli suallarımızı cavablandırır.

– Şahin bəy, görünən budur ki, son aylar Türkiyəni əsarətinə alan terrorla mübarizə aparmaq çətinləşir. Proseslərin sonrasını necə görürsüz?

– Türkiyədə terror təhlükəsinin bundan sonra da davam edəcəyini söyləmək üçün xüsusi, məxfi informasiyalara ehtiyac yoxdur. Bu, aydın şəkildə ortadadır və hər kəs tərəfindən bilinən həqiqətdir. Bu gün Türkiyəyə yönəlmiş iki güclü terror təhdidindən danışmaq olar: birincisi, ənənəvi kürd separatizmindən qidalanan etnik-bölücü terror; ikincisi isə İraq-Suriya böhranları nəticəsində ortaya çıxan və Türkiyənin aktiv, müdaxiləçi regional siyasətindən sonra nəzərlərini bu ölkəyə çevirən radikal dinçi terror. Hər iki qruplaşma bir tərəfdən öz proqramları, məramları çərçivəsində rutin terror fəaliyyətləri ilə məşğuldur, digər tərəfdən isə müxtəlif xarici qüvvələr və kəşfiyyat orqanları lazım gəldikdə bu terror təşkilatlarından öz məqsədləri üçün yararlanır. Türkiyə dövlətinə təzyiq göstərmək, mesaj ötürmək məqsədilə həmin terror təşkilatlarına sifarişlər verilir və çox vaxt həmin qruplar heç əsl sifarişçinin kimliyini də bilmədən müəyyən muzdun əvəzində sifarişi yerinə yetirir.

– Bu durumda terrorla mübarizə aparmaq, yəqin, daha da mürəkkəbləşir?

– Hazırkı şəraitdə terror təhlükəsini neytrallaşdırmaq və ya minimuma endirmək çox çətin vəzifə kimi görünür. Çünki terroru qidalandıran mənbələr öz yerindədir və bataqlığı qurutmadan həyata keçiriləcək tədbirlər yalnız palliativ effekt verə bilər. İŞİD terrorunu bitirməkdən ötrü Suriya problemi və İraqdakı hakimiyyət boşluğu öz həllini tapmalı, sərhədlərə dövlətlərin nəzarəti tam bərpa olunmalıdır. Lakin Suriya probleminin necə, nə vaxt və hansı şəkildə həll olunacağı bu gün dünyada kimsənin bilmədiyi bir sualdır. Yəni bu, bilavasitə Türkiyədən asılı bir məsələ deyil, qlobal təsirlərə malik ciddi və dolaşıq bir münaqişədir.

____________________________________________________________

Bunlara da bax:
Valyuta ehtiyatları 12 milyard azalıb
Türkiyənin turizm sektoruna 15 milyardlıq zərbə

____________________________________________________________

– Bəs PKK terrorçuları ilə mübarizə aparmaq mümkündürmü?

– PKK terroru Türkiyə daxilində dərin köklərə sahib olan, etnik zəminə əsaslanan daha ağır bir problemdir. Türkiyə dövləti PKK ilə mübarizə tarixində, əsasən, güc yoluna üstünlük verib, ancaq ötən illərdə Ədalət və İnkişaf Partiyası hökuməti kamalist sistemin bu yanaşmasını doğru saymayaraq problemi siyasi yolla həll etməyə çalışıb. Bu istiqamətdə kifayət qədər cəsarətli addımlar da atıb, PKK ilə qeyri-rəsmi səviyyədə masaya oturub. Tərəflərin 2015-ci ilin ilk yarısında, 7 iyun parlament seçkiləri ərəfəsində, anlaşma əldə etməyə çox yaxınlaşdığı bir anda hələ də tam aydın olmayan səbəbdən anlaşma pozuldu və dövlətlə PKK arasında toqquşmalar yenidən başladı. Hazırda bu münaqişə öz amansızlığı ilə əvvəlki dövrlərdən fərqlənir. Maraqlıdır ki, Türkiyə hökuməti siyasi həll yolundan tamamilə imtina etmədiyini bildirir, amma Recep Tayip Erdoganın ölkədə prezident üsul-idarəsi bərqərar etmək planı olduğundan yaxın aylarda dövlətin siyasətinin dəyişəcəyi ehtimalı azdır. Prezident üsul-idarəsinə keçidi ehtiva edən Konstitusiya dəyişikliyinə nail olmaq üçün istər parlamentdə, istərsə də cəmiyyətdə millətçilərin dəstəyini almaq zəruridir. Erdogan bu dəstəyi ala bilməkdən ötrü hazırkı millətçi ritorikasını davam etdirəcəyini düşünürəm. Əgər Konstitusiya dəyişikliyi baş tutarsa, dövlət yenidən kürd probleminin siyasi yolla həlinə qayıda bilər.

– Türkiyədə baş verənlərə görə indiki siyasi hakimiyyəti, özəlliklə, Erdoganı qınayanlar çoxdur, ancaq bunu ölkəni istəməyən qüvvələrin əməyi adlandıranlar da var. Sizcə, hansıdır?

– Əvvəla, ölkələrin daxilində baş verən hadisələrə görə ən əvvəl həmin hökumətlər, dövlət strukturları məsuliyyət daşıyır. Vətəndaşların təhlükəsizliyini, ictimai asayişi təmin etmək bilavasitə dövlətin vəzifəsidir. Bu baxımdan, Türkiyədə baş verənlərlə əlaqədar, əslində, Konstitusiyaya görə icra səlahiyyətləri olmayan, reallıqda isə təkhakimiyyətlilik qurmuş prezident Erdogan-ın tənqid olunmasını haqlı sayıram. Yaxın keçmişdə Türkiyədə yaşanan olaylara nəzər salsaq, siyasi hakimiyyətdən qaynaqlanan çox ciddi xətaların olduğunu görərik. “Ergenekon”, “Balyoz”, “Ay işığı” və digər bu tip cinayət işləri nəticəsində Silahlı Qüvvələrin elitası, komandir heyəti xeyli zəiflədildi. Həmin adamların bir çoxu terrorla mübarizədə ciddi təcrübə sahibi idilər. “Çözüm sürəci” deyilən prosesdə PKK terror təşkilatının güclənməsinə, şəhər və qəsəbələrə silah-sursat, partlayıcı maddələr yığmasına göz yumuldu və indi həmin bombalar Türkiyənin şəhərlərində partlayır. “Fətullahçı”larla mübarizə çərçivəsində hüquq-mühafizə orqanlarında, əmniyyətin (polis) kəşfiyyatında çalışan çoxlu sayda peşəkar kadr sistemdən uzaqlaşdırıldı. Eyni zamanda, əsas kəşfiyyat strukturu olan MİT-in son illər daha çox xarici siyasət tapşırıqlarının yerinə yetirilməsinə cəlb edilməsini də qeyd etməliyik. Bütün bunlar terrora qarşı preventiv mübarizədə zəifliyə səbəb olmaqla, ümumilikdə, Türkiyənin təhlükəsizlik sistemində boşluqlar yaranmasına gətirib. Əlbəttə, terrorda “xarici barmaq” ola bilər və çox güman ki, var. Amma mən daxili amilləri ilk sıraya qoyardım. Dövlət daxildə güclü olmalı və xarici siyasətini də öz gücünə, imkanlarına uyğun şəkildə qurmalıdır ki, potensial təhdidlərdən mümkün olduğu qədər özünü sığortalaya bilsin. Əgər xarici siyasət düşmənlərin çoxalmasına, dostların isə azalmasına səbəb olursa, təhlükələr artır.

Buna da bax: Türkiyədə hava limanında partlayış olub

Türkiyədə hava limanında partlayış olub
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 29 iyun

İqtisadçıların gözündən yayınmayan "unikal" Azərbaycan reallığı
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

İsraillə sazişdən sonra terror təsadüfdir?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG