Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 11:38

Atambayev Putinlə görüşdü və vətənə qayıtdı


Almazbek Atabayev Qırğızıstana qayıdıb
Almazbek Atabayev Qırğızıstana qayıdıb

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev vətənə qayıdıb.

Bu barədə AzadlıqRadiosu Qırğız xidmətinin müxbirləri məlumat veriblər. Onlar Atambayevi Rusiyanın Qırğızıstandakı Kant hərbi bazasında qarşılayan jurnalistlərin arasında idilər.

Ötən gün Atambayev elə bu hərbi bazadan Moskvaya uçmuşdu.

O uçuşdan əvvəl demişdi ki, “hər şey yaxşı olacaq və mən sabah axşam 7-də qayıdacağam”.

Atambayev bunu da demişdi ki, Moskvaya “dostların dəvəti ilə gedir”.

O Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşmüşdü.

Politoloqlar bildirirlər ki, Atambayev Moskvada Putindən fiziki toxunulmazlığına dair qarantiya almaq istəyib.

Atambayev Qırğızıstana 2011-2017-ci illərdə başçılıq edib. O inqilab nəticəsində devrilməyən, əksinə postunu müddəti bitdikdən sonra könüllü tərk edən ilk qırğız prezident olub.

Ondan sonra Qırğızıstanda Atambayevin adamı sayılan Sooronbay Jeenbekov prezident seçilib.

Jeenbekov hakimiyyətə gəldikdən dərhal sonra Atambayevə qarşı bir neçə ittiham üzrə cinayət işi açılıb.

O mənimsəmə, korrupsiya və səlahiyyətlərini aşma kimi cinayətlərdə ittiham olunur.

2019-cu ilin iyununda Qırğızıstan parlamenti Atambayevin toxunulmazlığını ləğv edib. Eyni zamanda o eks-prezident titulundan məhrum edilib. Bu isə o deməkdir ki, Atambayev hər an həbs oluna bilər.

Bundan əvvəl Qırğızıstan prokurorluğu Atambayevə üç dəfə çağırış göndərib.

Atambayev bildirmişdi ki, “onun şəxsi silahı var və yalnız onu həbs etməyə gələcək cavan uşaqlara yazığı gəlir”.

O demişdi ki, “uzanıb ölməkdənsə, atışıb ölmək yaxşıdır”.

XS
SM
MD
LG