Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Avqust, şənbə, Bakı vaxtı 18:38

Keçmiş prezidentin toxunulmazlığı ləğv olundu


Almazbek Atambaev

Qırğızıstanda getdikcə güclənən hakimiyyət çəkişməsi əsnasında ölkə parlamenti keçmiş prezident Almazbek Atambaevin toxunulmazlıqdan məhrum edilməsinə səs verib.

Millət vəkilləri keçmiş prezidenti immunitetdən məhrum edən qətnaməni 100-5 nisbəti ilə qəbul ediblər.

İyunun 20-də keçirilmiş bu səsvermənin ərəfəsində Qırğızıstanın keçmiş prezidentinə yaxın bir sıra vəzifəlilələrin həbsləri həyata keçirilib.

Ölkənin yeni prezidenti Sooronbai Jeenbekov hakimiyyətini möhkəmləndirməyə çalışır və sələfini səlahiyyətlərini aşmaqda ittiham edir.

Atambaev 2017-ci ilədək 6 il müddətində Qırğızıstanın prezidenti olub. O özünün baş naziri Jeenbekovun prezident seçilməsində əhəmiyyətli rol oynayıb.

Buna görə də Atambaev onun siyasətlərinin yeni prezident tərəfindən davam etdiriləcəyinə inanırdı, lakin xələfi tezliklə ona qarşı çıxdı.

Bu həftə Qırğızıstan parlamentinin komissiyası Atambaevə qarşı korrupsiya da daxil 6 ittiham irəli sürüb. Onun immunitetinin ləğv edilməsi zərurəti məhz bundan sonra gündəmə gəlib.

Millət vəkilləri bildirirlər ki, Atambaevin toxunulmazlığının alınması prosesi iki həftəyədək çəkə bilər.

Hakimiyyət orqanları bu ayın əvvəllərində keçmiş prezident administrasiyasının ədliyyə sistemində islahatlar şöbəsinin başçısı Manasbek Arabaevi korrupsiya ittihamları ilə həbs edib.

Atambaevin vaxtında baş nazir olmuş Sapar Isakov və Jantoro Satybaldiev-ə qarşı da korrupsiya ittihamı irəli sürülüb.

Ötən il Qırğızıstan hüquq-mühafizə orqanları gömrük idarəsinin keçmiş rəisi Adamkul Junusovu və keçmiş müşavir Ikramjan Ilmiyanovu həbs etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG