Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:40

Öz ölkəsində həbsi gözlənilən keçmiş prezident Putinin yanına uçdu


Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambaev (solda) və prezident Vladimir Putin
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambaev (solda) və prezident Vladimir Putin

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambaev özəl təyyarədə Moskvaya uçub.

2011-2017-ci illərdə prezident olmuş Atambaevə qarşı öz ölkəsində səlahiyyətlərindən sui-istifadə də daxil 5 ittiham irəli sürülüb.

Atambaevin lideri olduğu Sosial Demokrat Partiyasının sözçüsü Kunduz Joldubaeva Facebook səhifəsində yazıb ki, Atambaev iyulun 24-də Rusiyanın Bişkek yaxınlığındakı hərbi hava bazasından bir neçə yoldaşları ilə birlikdə Moskvaya uçub.

Atambaevlə birlikdə uçan sözçü xanım Joldubayeva yazıb ki, Atambaevi Rusiya paytaxtında “yüksək səviyyədə qəbul gözləyir”.

Joldubaeva yazır ki, Rusiyadan Atambaevə RusJet şirkətinin xüsusi təyyarəsi göndərilib.

Təyyarənin tipi RRJ-95B-dir.

Almazbek Atambaev və yoldaşları Rusiyadan göndərilmiş özəl təyyarədə
Almazbek Atambaev və yoldaşları Rusiyadan göndərilmiş özəl təyyarədə

Qırğızıstan prokurorluq orqanlarının naməlum cinayət işləri üzrə dindirilmə üçün çağırışlarına gəlməkdən imtina edən Atambaev üçün təyyarənin kim tərəfindən göndərildiyi bilinmir.

İyulun 22-də Qırğızıstan daxili işlər nazirinin müavini Mirlan Kanimetov Atambaevin malikanəsinə gedərək ona dindirilmə üçün çağırışlara gəlməkdən imtinanın nəticələrini izah etmişdi.

Atambaevə istinad edən Joldubaeva deyib ki, keçmiş prezident həm ona göndərilmiş çağırışları, həm də parlamentin iyunun 27-də onun toxunulmazlığını ləğv edən səsverməsini qanunsuz sayır.

Atambaevin özü isə sonradan bildirib ki, onu Rusiyada ikigünlük səfərə dəvət ediblər. O dəvət edənlərin adlarını çəkməyib.

Atambaevə qarşı səlahiyyətlərindən sui-istufadə, mənimsəmə və korrupsiya da daxil bir neçə ittiham irəli sürülüb.

O bütün ittihamları “siyasi motivli” adlandıraraq rədd edib.

Qırğızıstan qanunlarına görə prokurorluğa çağırışdan iki dəfədən çox boyun qaçıran şəxs dindirməyə zorla gətirilə bilər.

Atambaevin milliyətcə rus vəkili Sergei Slesarev deyib ki, keçmiş prezident onun prokurorluğa çağırışlarını, habelə Qırğzğısrtam parlamentnin keçmiş prezidentlərin toxunulmazlığa dair qəbul etdiyi qərarı qanunsuz hesab edir.

Bundan əvvəl Qırğızıstanın parlamenti böyük səs çoxluğu ilə keçmiş prezident Atambaevin toxunulmazlığının qaldırılması barədə qərar qəbul etmişdi.

Bu arada Rusiya mediası xəbər verir ki, Atambaev iyulun 24-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Jurnalistlərlə görüşdə Putin deib ki, onun Qırğızıstan barədə mövqeyi məlumdur:

“Mən hesab edirəm ki, Qırğızıstan bizim müttəfiqimizdir, bizə yazın dövlətdir. Bu ölkə artıq bir neçə ciddi daxili siyasi təlatüm keçirib, dəqiq desək iki...”

XS
SM
MD
LG