Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 21:39

Ata: 'Başqa çarəm qalmadı, əlaqəni kəsdim, indi bilmirəm hardadır...'


arxiv foto
arxiv foto

“Bir də gördüm ki, oğlum narkotikə qurşanıb. Onu da polisdən öyrəndim. Əvvəl inanmadım. Biz ziyalı ailəyik. Bizim nəslimizdə heç vaxt belə hallar olmayıb. Bu məlumatı alandan sonra, bir müddət camaatın arasına çıxmadım. Xəcalət çəkirdim. Bu bəla haradan tapdı bizi?”

65 yaşlı Qulam Qulamov (ad və soyad şərtidir- AR) söhbətinə fasilə verib fikrə gedir. Əlləri titrəyir... Hiss olnur ki, daxilən əzab çəkir. Özünə haqq qazandırmağa çalışmır. Yenə sözünə davam edir:

“ Oğlum orduya getdi, xəstəliyinə görə tez buraxdılar. Qan azlığı var idi. Müalicə edirdik. Narkotika qəbul edən bir qurup cavana qoşuldu. Biz xəbər tutunca iş-işdən keçmişdi. Mənə təsəlli verirlər ki, qonşuların da cavanları narkotikə qurşanıb. İndi bu adi haldar... Sonra gördüm ki, həddini aşır... Qonşuların gözünün qarşısında əxlaqsızlıq edirdi. Başqa çarəm qalmadı, əlaqəni kəsdim. İndi bilmirəm hardadır? Yaddan çıxartmaq istəyirəm, bacarmıram. Ürəyimdə dərd var. Hardasa günahım olub.”

“NARKOTİK İRANDAN GƏLİR”

O deyir ki, İranla sərhəddə yaşayan ailələrin bir çoxunda narkotika ilə məşğul olan cavanlar var:

“Narkotik İrandan gəlir, qarşısını alın. Ailələr bədbəxt olmasın...”

Əlini yelləyib bizdən uzaqlaşır. Gözdən itincəyə qədər onu izlədik. Bu müddətdə bir dəfə də olsun başını qaldırıb ətrafına baxmadı.

Qulam Qulamovun ailəsi bu bəlayə düçar olan yeganə ailə deyil.

Yerli sakinlər deyir ki, hər beş ailədən birində narkoman var. Deyilənə görə, elə rayon, elə kənd yoxdur ki, “ağ ölüm”ün əli ora çatmasın.

Rəsmi mənbələr də bu sahədə vəziyyətin ürəkaçan olmadığını deyirlər. Azərbaycan Daxili İşlər Nazirliyin 2018-ci ilin yekun təhlilinə nəzər yetirək. Orada qeyd edilir ki, narkotiklərlə əlaqədar 2965 (+238) hal müəyyən edilib. Onların satışı ilə bağlı 897 (+98) fakt üzrə bütövlükdə 1 ton 136 kiloqram narkotik vasitə götürülmüşdür. Bu ötən illə müqayisədə 191,8 kiloqram çoxdur...

“IŞSİZLİKDƏN BU TƏLƏYƏ DÜŞÜRLƏR”

Rəhim Nuriyev
Rəhim Nuriyev

Amma Lənkəran Müəllimlər Cəmiyyətin sədri Rahim Nuriyev hesab edir ki, ölkədə narkomanlıqla mübarizə zəif aparılır:

“Azərbaycanda əyri işlər çoxdur.Onlardan biri də narkotika və narkomanlığla mübarizə adı altında görülən işlərdir. Əvvəlki fikrimdə qalıram.Bununla bağlı əhali arasında maarifləndirmə işi günün tələblərinə cavab vermir. Proflaktik tədbirlər lazimı səviyyədə aparılmır. Daha çox işsizlikdən bu tələyə düşürlər. Müşahidələr göstərir ki, narkomanlıq qadınlar və yeniyetmə qızlar arasında da yayılmaqdadır...”

​O hesab edir ki,daha çox gənclər arasında iş aparılmalıdır:

“Gənclərmiz narkotikə qurşanırsa deməli gələcəymiz təhlükə altındadır.Çox vaxtı ailələr belə faktları gizlədir. Özlərinə ar bilirlər. Narkotikə qurşanmış gənci islah adı ilə evləndirirlər. Ümid edirlər ki, bu yolla narkotikdən əl çəkəcək. Nəticədə uşaq dünyaya gəlir, ancaq narkotikdən əl çəkmir.Ailə dağılır...”

Vaqif Əhmədoğlu
Vaqif Əhmədoğlu

İçtimai fəal Vaqif Əhmədoğlu isə deyir ki, indi gənclər narkotik tərkibli həblərdən daha çox istifadə edirlər:

“Bu yaxınlarda İrandan külli miqdarda narkotik gətirən şəxsləri tutmuşdular... Narkomanlarla proflaktik işlər görülmür. Nəticədə narkomanların sayı sürətlə artır. Azərbaycanda qeydiyatda olan narkomanların sayının təqribən 30 min nəfərdən çox olduğu bildirilir. Bu rəsmi rəqəmdir.Amma narkoanların sayı qat-qat çoxdur... ”

​Aprelin 16-18-də Bakıda “Narkotiklərlə mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans”ın keçirilməsi nəzərdə tutulub. Ölkə prezidenti Təşkilat Komitəsinin yaradılması barədə sərəncam da imzalayıb.

XS
SM
MD
LG