Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

James Warlick: ‘Rusiya və Türkiyənin iştirakı ən pis ssenari olardı’ (VIDEO)


James Warlick
James Warlick

ATƏT-in Minsk Qrupunun Amerikadan olan keçmiş həmsədri James Warlick AzadlıqRadiosuna deyib ki, Azərbaycan və Ermənistan arasında hazırkı hərbi münaqişə daha da böyüyə - eskalasiya baş verə bilər və hazırda durum elədir ki, proqnoz vermək çətindir.

Onun sözlərinə görə, durumu təhlükəli edən hər iki tərəfin arsenalında son dərəcə təhlükəli silahların olmasıdır:

“Ümid edirəm ki, heç bir tərəf bundan istifadə etməyəcək. Amma bunun olmayacağına dair heç bir zəmanət yoxdur. Eskalasiyanın baş verəcəyi istisna deyil. Odur ki, sülh danışıqlarını bərpa etməyə, sülh danışıqları ilə bağlı yenidən öhdəlik götürməyə ehtiyac var. Mən başqa yol görmürəm”.

Döyüşlər nə qədər davam edə bilər? ABŞ diplomatı danışır
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

"Nə Azərbaycan, nə də Ermənistan tammiqyaslı müharibə istəyir.."​

Bununla belə, James Warlick hesab edir ki, nə Azərbaycan, nə də Ermənistan tammiqyaslı müharibə istəyir. O bildirir ki, heç Rusiya və Türkiyə də bunu istəmir.

O ki qaldı, münaqişədə regionun digər dövlətlərinin rolunun böyüməsinə, keçmiş həmsədr deyir ki, bu, ən pis ssenari olardı:

“Məncə, müharibənin böyüməsi - burda Rusiya və Türkiyə və digərlərinin birbaşa iştirakı ən pis ssenari olardı. İnanmıram ki, Türkiyə və Rusiya burda iştirak etmək istəyir. Bu, “surroqat müharibə olardı, inanmıram ki, kimsə belə bir müharibədə iştirak etmək istərdi. Minsk qrupunun üzvləri olan Türkiyə, Rusiya, ABŞ və Fransanın rolu beynəlxalq danışıqlara nail olmaqdır və bu da müəyyən nəticəyə gətirə bilər”.

Tərəflərin özləri

James Warlick deyir ki, həm onun həmsədr olduğu dövrdə, həm də indi ATƏT-in Minsk qrupu əlindən gələni edib və münaqişənin sülh yolu ilə həll edilməsi tərəflərin özünün qərarı ilə olmalıdır. Onun fikrincə, Minsk qrupu sülh razılaşmasına vasitəçilik edə bilər, amma tərəflər gərək özləri sülh danışıqları üçün öhdəçilik götürsünlər:

“Həmsədrlər danışıqların irəli aparılmasında aparıcı qüvvədirlər, amma danışıqları aparan yeganə tərəf deyillər. Həmsədrlər təkbaşına fəaliyyət göstərərlərsə, yekun razılaşmaya nail ola bilməzlər. Odur ki, danışıqların liderlər səviyyəsində aparılmasına, sülhlə bağlı öhdəliklərin yenilənməsinə ehtiyac var. Son illər ərzində isə təsadüfi görüşləri nəzərə almasaq, sülh prosesi ilə bağlı heç bir öhdəçilik müşahidə olunmur”.

James Warlick deyir ki, hazırda heç kim bir biri ilə danışmır və məyusluq hissi ən yüksək həddədir, bu da təhlükəni artırır.

Azərbaycan qismən hərbi səfərbərliyə başladı
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Ötən həftə ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan başqa bir keçmiş həmsədri Matthew Bryza AzadlıqRadiosuna demişdi ki, Qarabağ münaqişəsi artıq elə bir həddə gəlib ki, Minsk qrupu formatı dəyişməli, yeni vasitəçilər müəyyən olunmalıdır.

Sentyabrın 27-dən Qarabağda Azərbaycan və Ermənistan qoşunların təmas xəttində hərbi əməliyyatlar yenidən qızışıb başlayıb, hər iki tərəf itki verməkdə davam edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG