Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

ATƏT Türkiyədən erməni jurnalistin bütün qatillərinin həbsini istəyir


Hrant Dink
Hrant Dink

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Türkiyə hakimiyyət orqanlarını Türkiyənin erməni jurnalisti Hrant Dinkin 2007-ci ildə törədilmiş qətlinin sifarişçilərini və iştirakçılarını aşkara çıxarmağa çağırıb.

ATƏT-in 19 iyul tarixli bəyanatında təşkilatın media azadlığı üzrə nümayəndəsi Harlem Desir Türkiyə məhkəməsinin bu qətllə bağlı 7 nəfəri uzunmüddətli həbsxana cəzalarına məhkum etməsini alqışlayıb.

Lakin Desir vurğulayıb ki, bu qətldə iştirak edən bütün şəxslər ədalət qarşısına çıxarılmalıdır:

"On iki ildən sonra Hrantın ailəsi, dostları və həmkarları bu xain qətlin arxasındakı bütün həqiqəti bilmək haqqına malikdirlər”.

Desir vurğulayıb ki, ən mühüm olanı bu qətlin sifarişçilərinin aşkar edilməsidir.

Türkiyənin erməni icmasının aparıcı nümayəndəsi olan 52 yaşlı Dink türk-erməni barışıq prosesinin aktıv iştirakçılarından idi və 2007-ci il yanvarın 19-da ultramillətçi Oğun Samast tərəfindən günün günorta çağı güllələnib.

Türkiyə təhlükəsizlik orqanlarının bu qətlin hazırlanmasından xəbəri olması və heç bir tədbir görməməsi geniş qalmaqala səbəb olub.

Qətli törətdiyini boynuna almış Samast o vaxt yeniyetmə idi. O 2011-ci ildə 23 il müddətinə azadlıqdan məhrum edilib. Silahlı qruplaşmanın üzvü kimi onun cazasına daha iki il yarım əlavə olunub.

Türkiyə məhkəməsi habelə Dinkin qətlində iştirakına və silahlı qruplaşma üzvü olduğuna görə Erhan Tunceli 99 il müddətinə azadlıqdan məhrum edib.

Başqa bir Türkiyə vətəndaşı, millətçi Yasin Hayal, bu qətli sifariş etdiyinə görə 2012-ci ildə 7 il yarım azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Ermənilər Osmanlı imperiyasını I Dünya Müharibəsi illərində 1, 5 milyon ermənin qətlində ittiham edirlər.

Türkiyə bu ittihamları rədd edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG