Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:05

ATƏT-in Minsk qrupunun həmsədrləri Yerevandadırlar


ATƏT-in Minsk qrupunun həmsədrləri mayın 27-də Yerevanda Ermənistanın baş naziri Nikol Pashinian-la görüşüblər
ATƏT-in Minsk qrupunun həmsədrləri mayın 27-də Yerevanda Ermənistanın baş naziri Nikol Pashinian-la görüşüblər

ATƏT-in Minsk qrupunun həmsədrləri Igor Popov (Rusiya), Andrew Schofer (ABŞ) və Stéphane Visconti (Fransa) mayın 27-də Yerevanda Ermənistanın baş naziri Nikol Pashinian-la görüşüblər.

AzadlıqRadiosunun Erməni xidməti Ermənistan baş nazirinin mətbuat xidmətinə istinadən yazır ki, baş nazir və həmsədrlər Qarabağ münaqişəsinin tənzimlənməsi və sülhə əlverişli atmosferin yaradılması məsələlərini müzakirə ediblər.

Məlumatda deyilir ki, həmsədrlər “Vyana zirvə görüşündə əldə olunmuş razılaşmalara əməl edilməsinin, atəşkəs rejiminin saxlanmasının və eskalasiyaya səbəb olacaq hərəkətlərdən çəkinməyinzəruriliyini vurğulayıblar”.

Bu da qeyd olunur ki, tərəflər humanitar sahədə mümkün addımların reallaşdırılması, adamlar arasında təmasların aktivləşdirilməsi yollarını müzakirə ediblər.

ATƏT-in Minsk qrupunun həmsədrləri habelə Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla görüşüblər.

Bu görüşün bəzi təfərrüatları barədə Ermənistan XİN-in sözçüsü Anna Naghdalyan məlumat verib.

O deyib ki, tərəflər Vyana sammitinin və xarici işlər nazirlərinin Moskva görüşünün nəticələrini müzakirə ediblər.

Anna Naghdalyanın sözlərinə görə erməni tərəfi bu görüşdə danışqılarda Qarabağın da tammiqyaslı iştirakı məsələsini qaldırıb.

Bakı danışıqlar formatının dəyişdirilməsinin, başqa sözlərlə Qarabağ separatçılarının danışıqlarda birbaşa iştirakını qəbul etmir.

ATƏT-in Minsk qrupu da danışıq formatının dəyişdirilməsi ideyasını dəstəkləməyib.

Azatutyun xəbər verir ki, həmsədrlərlə Ermənistanın müdafiə naziri David Tonoyan da görüşüb.

Yerevandan verilən məlumata görə Tonoyan həmsədrlərin diqqətini bu ilin may ayında “Azərbaycanın dünya birliyinə əvvəlcədən məlumat vermədən keçirdiyi genişmiqyaslı hərbi təlimlərə” çəkib.

Nazir habelə atəşkəs rejiminin son vaxtlarda tez-tez pozulmasından, snayperlərdən istifadə edilməsindən narahatlığını bildirib.

Tonoyan deyib ki, “bununla belə Ermənistan təmas xəttində atəşkəs rejiminin qeyd-şərtsiz saxlanmasının tərəfdarıdır”.

Xəbər verilir ki, həmsədrlər Yerevandan Dağlıq Qarabağa, Xankəndi şəhərinə yollanacaqlar.

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.

ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG