Keçid linkləri

2026, 16 İyul, cümə axşamı, Bakı vaxtı 01:52

Astarada qadağalarla Aşura mərasimi...

Bakıda və Astarada Aşura mərasimləri
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Bakıda və Astarada Aşura mərasimləri

İran Astarasından səsgücləndirici vasitə ilə yayılan səs ətrafa yayılır. Mərsiyə deyilir. Azərbaycan Astarasında bunu Aşuranın başlanmasının ilk siqnalı kimi qəbul edirlər.

Mağazalar bağlıdır. Bazar işləmir. Yağışın yağmasına baxmayaraq, səhər saatlarından etibarən sakinlər məscidlərə və türbələrə tələsirlər.

Astaranın Qum məscidində də mərsiyə deyilir, lakin məscidin içində. Deyirlər ki, tapşırıq belədir. Məsciddən kənarda nə mərsiyə demək olar, nə də yürüş.

Ətrafda dilənçilər də var idi. Dilənçilərin birinə çörək verdilər, dedilər ki, imam ehsanıdır. Dilənçi çörəyi başqa birisinə verib deyir ki, ona pul lazımdır.

«Məhəmməd Hənəfiyyə» məscidi
«Məhəmməd Hənəfiyyə» məscidi

ÇADIRDA ZƏNCİR...

Həyətdə çadır qurulub. Deyirlər ki, kim istəyirsə çadırda zəncir, sinə döyə bilər.

«Giləkəran», «Məhəmməd Hənəfiyyə» məscidlərində də eyni vəziyyəti gördük. Hər yerdə polislər, məmurlar gözə dəyir.

Ərçivan kəndində yerləşən «Məhəmməd Hənəfiyə» məscidində adam əlindən tərpənmək olmur. Burda da mərsiyə məscidin içində deyilir.

YÜRÜŞ OLMADI...

Adətən Aşura günləri bu məsciddən Gəzəndaş deyilən türbəyə qədər -2 kilometr yolu yürüş keçirilərdi. Yürüş kəndin ortasından keçən Bakı-Astara yolu ilə davam edərdi. Sakinlərin dediklərinə görə, bu dəfə yürüş olmayacaq, icazə vermirlər.

Astarada Aşura
Astarada Aşura

Əhməd Həsənov adlı kənd sakini deyir ki, Aşura sakitliklə keçir, əhali prezident İlham Əliyevə dua edir.

«DEYƏSƏN, SOVET DÖVRÜNƏ QAYIDIRIQ»

Başqa bir kənd sakini Fayıq Cəfərov builki Aşurada nəzarətin yüksək olduğunu dilə gətirir: «Hər il Aşuranı keçirdirik. Sovet dövründə də keçirtmişik. Sovet dövründə güclü nəzarət var idi. Deyəsən, həmin dövrə qayıdırıq».

«Gəzəndaş» türbəsində da çadır qurulub. Mərsiyə isə yarımqapalı olan talvarın altında deyilir. Burda yeniyetmələr, azyaşlı uşaqlar da var...

Astarada «Qum» məscidi
Astarada «Qum» məscidi

Astarda 40-a yaxın məscid var.

Bu il İslamda müqəddəs sayılan Məhərrəmlik ayı oktyabrın 3-də başlayıb. Oktyabrın 12-si isə Aşuradır.

Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən, müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Hər il minlərlə insan Kərbəlaya toplaşaraq, hicrətin 61-ci ilində Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır.

Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında davam edir (Məhərrəm ayının 10-da Aşura hadisəsi - qətliam baş verib).

İslamda Məhərrəm ayında müharibə günah sayılır.

Bakıda Aşura mərasimi belə qeyd edilir- [fotolar]

Bakıda yerləşən Məşədi Dadaş Məscidinə aparan yol
1/16 Bakıda yerləşən Məşədi Dadaş Məscidinə aparan yol
Bu gün, oktyabrın 12-si «Aşura» mərasimi qeyd edilir. Hələ İslamda müqəddəs ay sayılan Məhərrəmlik ayı girməmiş Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva vermişdi.
Məscidə gələn dindarlar mərsiyələr oxuyub, dualr ediblər
2/16 Məscidə gələn dindarlar mərsiyələr oxuyub, dualr ediblər
Bu gün, oktyabrın 12-si «Aşura» mərasimi qeyd edilir. Hələ İslamda müqəddəs ay sayılan Məhərrəmlik ayı girməmiş Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva vermişdi.
Şiə müsəlmanların əzadarlıq mərasimi
3/16 Şiə müsəlmanların əzadarlıq mərasimi
Bu gün, oktyabrın 12-si «Aşura» mərasimi qeyd edilir. Hələ İslamda müqəddəs ay sayılan Məhərrəmlik ayı girməmiş Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva vermişdi.
Məsciddə mərsiyə söyləyən dindar
4/16 Məsciddə mərsiyə söyləyən dindar
Bu gün, oktyabrın 12-si «Aşura» mərasimi qeyd edilir. Hələ İslamda müqəddəs ay sayılan Məhərrəmlik ayı girməmiş Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva vermişdi.
Valideynləri ilə Aşura mərasiminə qatılan uşaq
5/16 Valideynləri ilə Aşura mərasiminə qatılan uşaq
Bu gün, oktyabrın 12-si «Aşura» mərasimi qeyd edilir. Hələ İslamda müqəddəs ay sayılan Məhərrəmlik ayı girməmiş Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva vermişdi.
Hacı Şahin Həsənli məscidə toplaşanlara Aşura haqda danışır
6/16 Hacı Şahin Həsənli məscidə toplaşanlara Aşura haqda danışır
Bu gün, oktyabrın 12-si «Aşura» mərasimi qeyd edilir. Hələ İslamda müqəddəs ay sayılan Məhərrəmlik ayı girməmiş Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva vermişdi.
Hacı Şahin Həsənlini dinləməyə gələn minlərlə insanların bir qismi
7/16 Hacı Şahin Həsənlini dinləməyə gələn minlərlə insanların bir qismi
Bu gün, oktyabrın 12-si «Aşura» mərasimi qeyd edilir. Hələ İslamda müqəddəs ay sayılan Məhərrəmlik ayı girməmiş Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva vermişdi.
Aşura mərasimində iştirak edən gənc
8/16 Aşura mərasimində iştirak edən gənc
Bu gün, oktyabrın 12-si «Aşura» mərasimi qeyd edilir. Hələ İslamda müqəddəs ay sayılan Məhərrəmlik ayı girməmiş Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva vermişdi.
Məşədi Dadaş məscidinin həyəti
9/16 Məşədi Dadaş məscidinin həyəti
Bu gün, oktyabrın 12-si «Aşura» mərasimi qeyd edilir. Hələ İslamda müqəddəs ay sayılan Məhərrəmlik ayı girməmiş Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva vermişdi.
10/16

11/16

12/16

13/16

14/16

15/16

16/16

Öncəki slayd
Növbəti slayd

XS
SM
MD
LG