Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:15

Astarada sərəncamdan əlavə də gözlənti var


Pensər kənd xəstəxanasının çaya tərəf olan hissəsində bəndlər uçub.
Pensər kənd xəstəxanasının çaya tərəf olan hissəsində bəndlər uçub.

Ölkə prezidenti iyunun 12-də «Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri ilə bağlı tədbirlər haqqında» Sərəncam imzalayıb. Sərəncama əsasən, çayda sailbərkitmə işləri aparılmasına 1 milyon manat ayrılıb.

Pensərçay hər il daşaraq Pensər və Şiyəkəran kəndlərinin ərazisində yerləşən təsərrüfatlara ziyan vurur. Pensər kənd sakini Mirzəmməd Ağayevin sözlərinə görə, görülən tədbirlər təkcə sahilbərkitmə işləri ilə məhdudlaşmamalıdır:

«Çaydan çınqılın daşınmasının qarşısı da alınmalıdır»

«Sonuncu dəfə sahilbərkitmə işi sovet dövründə aparılıb. Sərəncamı çoxdan gözləyirdik. Çaydan çınqıl daşınır. Çayın Siyakü kəndi ərazisindən keçən hissəsində daş karxanası var. Gecə-gündüz çaydan çınqıl aparırlar. Çay dərinləşir, nəticədə su yaxın ərazidə olan torpağı yuyub aparır. Çayın sahilində yerləşən fərdi evlər təhlükə altına düşür. Dağılmış evlər də var. Su kəndlərə daxil olur. Sahilbərkitmə işləri ilə yanaşı, çaydan çınqılın daşınmasının qarşısı da alınmalıdır».

Bu açıqlamaya, hələlik, ərazidə fəaliyyət göstərən karxananın sahibindən və rayon icra hakimiyyətinin rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Pensərçay çayının sahilbərkitmə işlərinə ayrılan vəsait «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı» Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürüləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG