Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:32

Astara sakini: 'Yatmamışıq, qorxduq ki, sel bizi aparar'


Elə həyətlər var, suyun hündürlüyü 1 metrə çatmışdı
Elə həyətlər var, suyun hündürlüyü 1 metrə çatmışdı

Noyabrın 6-da yağan aramsız yağış Astara rayonunun İranla sərhədində yerləşən kəndlərində fəsadlar törədib. Suyun artması nəticəsində Astaraçay daşıb. Çayın yaxınlığında yerləşən Rudəkənar və Məscidməhəllə kəndlərin bir hissəsini su basıb.

Noyabrın 7-də səhər saatlarında yağış dayansa da, həyətlərdən su çəkilməmişdi. Elə həyətlər var ki, suyun hündürlüyü 1 metrə çatmışdı.

Rudəkənar kənd sakini Şamil Mirzəyev deyir ki, keçən il də bu təhlükə ilə üzləşiblər:

Ş.Mirzəyev
Ş.Mirzəyev

«Belə getsə...»

«Sel gecə yarısında gəldi. Bizə qabaqcadan xəbərdarlıq etmişdilər. Keçən il də bu hadisə baş vermişdi. Tədbir görməlidirlər. Belə getsə, su bir dəfə bizi dənizə atacaq».

Kəndin digər sakini Vüqar Hüseynov da su basmış həyətini göstərib deyir ki, iki məktəbli uşağı var:

«Uşaqlar məktəbə gedə bilməyiblər»

«Uşaqlar məktəbə gedə bilməyiblər. Görürsünüz, həyətdə hərəkət etmək mümkün deyil. Gecə su 2 metrə yaxın idi. Yatmamışıq, qorxduq ki, sel gəlib bizi aparar. Hələ ki, kömək görməmişik. Ötən il də belə su gəldi. Bu ildə belə. Su evi yararsız hala salıb. Divarlar nəm götürür, suvağı tökülür. Özüm fəhlə adamam, qazancım da az. Hər dəfə evi necə təmir edim? Buna birdəfəlik əncam çəkmək lazımdır. Həyətə düşə bilmirlər. Ailədə bir dənə mənim uzunboğaz çəkməm var, qalanın yoxudur. Ot tayasını su aparıb. Vaxtında toyuq-cücələri təhlükəsiz yerə apardım».

V.Hüseynov
V.Hüseynov

Rudəkənar və Məscidməhəllə kəndləri Suparibağ ərazi icra nümayəndəliyinə daxildir. Suparibağ ərazi icra nümayəndəsi Vahab Vahabovun deməsinə görə, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri hadisə yerində olublar: «Gecə saatlarında tədbirlər görüldü. Təhlükə aradan qalxıb. Su tədricən çəkilir. Güclü yağış yağdı, Astaraçay daşdı. Dəqiq bilmirik, su haradan kənd ərazisinə daxil olub. Zərəri müəyyənləşdiririk».

FHN nə deyir

Fövqəladə Hallar Nazirliyi də bildirib ki, ona məxsus müvafiq qüvvə və texnika hadisə rayonuna cəlb olunub. Rayonun Rudəkənar kəndində həyətyanı sahələrin su ilə dolması səbəbilə köməksiz vəziyyətdə qalmış 21 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

«Astaraçay çayının Rudəkənar kəndindən keçən hissəsində bəndbərkitmə işləri aparılır. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri bəndbərkitmə işlərinin aparıldığı ərazidə növbə çəkirlər», - nazirliyin məlumatda vurğulanır.

Noyabrın 8-də də yağış gözlənir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah, noyabrın 8-də də Lənkəran-Astara zonasında yağış yağacağı ehtimal edilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG