Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:30

Selin gəldiyi Rudəkənar kəndi: 'Körpələri götürüb qaçdıq...'


Evlər sua altındadır
Evlər sua altındadır

Rudəkənar, Məscidməhəllə, Qapıçıməhəllə kəndləri İranla sərhəd boyunca yerləşir. Orada İranla Azərbaycan arasında sərhəd Astaraçay hesab olunur. Oktyabrın 4-dən 5-nə keçən gecə Astaraçay daşıb, sel hər üç kəndin ərazisini basıb...

«KİMİN MAŞINI VAR, MAŞINDA GECƏLƏDİ»

Daşqına məruz qalan Rudəkənar kəndindəyik. Çaya yaxın əraziləri su basıb. Kənd sakini Rauf Rzayev deyir ki, evinin zirzəmisini su basıb:

«Sel gecə yarısı gəldi. Gördük ki, su böyük axınla gəlir, körpələri çıxartdıq yuxarı. Səhərə yaxın su bir az azaldı. Səhərə kimi yatmamışıq. Astaraçay daşıb... Körpələri götürüb qaçdıq bir az təhlükəsiz yerə. Kimin maşını var, maşında gecələdi. Başqa yerdə qohumu olanlar getdilər. Səhər saat 8-də gəlmişik evə. Ev-eşik bərbad hala düşüb. Qış ehtiyatımız zirzəmidə idi. Hamısı zay olub...».

Əzizağa Əhmədov
Əzizağa Əhmədov

HİNDƏ TOYUQLAR ÖLÜB...

Yaxınlıqdakı həyətdə də adamlar toplaşıblar. Dediklərinə görə, suyun çəkilməsini gözləyirlər. Orada da evin aşağı hissəsi su altındadır.

Ev sahibi Əzizağa Əhmədovun deməsinə görə, su ləng çəkilir. O, evin divarındakı xətti göstərərək deyir ki, su bir metrdən yüksəyə çıxıb:

«Aşağı mərtəbə suyun içində idi. Düyünü, cücəni apardı. Çatdıra bilmədik. Birdən baş verdi. Toyuq hini 1.5 metr hündürlükdədir. Su dolub, hamısı ölüb. Saxlamışdıq qışa, o da belə».

«KARTOF, SOĞAN ZAY OLDU...»

Kəndin digər sakini Ülvi Quliyevin də evini su basıb. O deyir ki, gecəni qardaşının evində keçirdiblər:

Ülvi Quliyev
Ülvi Quliyev

«Biz sərhədə yaxın yerdə yaşayırıq. Biz vəziyyəti anlayan kimi sel suları gəldi, bir anda həyəti basdı. Toyuqların hamısı tələf olub. Kartof, soğan zay oldu...».

«QUYULARI ÇİRKAB BASIB»

Ü.Quliyevin deməsinə görə, hələ ki, onlara dəstək yoxdur:

«Quyularımızın hamısı çirkab suların içindədir. İçməli suyu bu quyulardan götürürdük. Acınacaqlı vəziyyətdəyik, dərdimizə şərik olan yoxdur...».

KOMİSSİYA SƏDRİ: «DƏYMİŞ ZİYAN MÜƏYYƏNLƏŞDİRİLİR»

Astara şəhərində də bəzi həyətlərə su dolub. Burda həyətlərdən su çəkən Fövqəladə Hallar Nazirliyinin maşınlarını gördük.

Suyun üzündə ölmüş ev quşları
Suyun üzündə ölmüş ev quşları

Astara Rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Mahmudov deyir ki, artıq bütün sakinlər evlərinə qayıdıblar:

«Ölüm hadisəsi, mal-qara tələfatı olmayıb. Vaxtında xilasedici işlər görüldü. Dəymiş ziyan müəyyənləşdirilir. Yağıntı çox oldu, Astaraçayın bəndi də dağıldı. Bənd dağılmasaydı da, su hündür idi, daşacaqdı. Bu ərazidə daşqınlar olub. Amma son 50-60 ildə belə güclü daşqın olmayıb. Əsas odur ki, insanları təhlükədən qurtardıq. Həmin ərazidə mütəxəssislər işləyir, 300 metrə yaxın ərazidə bərkitmə işləri nəzərdə tutulub».

MÜTƏXƏSSİS RƏYİ

İnşaatçı mütəxəssis Asən Həşimli deyir ki, Astaraçay hər il payız fəslində daşır:

«Sovet dövründə də daşqınlar olurdu. O vaxtdan bəri Astaraçayın sahillərini bərkitməyə başladılar. İran tərəfində də çay boyunca əhali yaşayır. Lakin sel oraya bizimki qədər zərər vura bilmir. Çünki onlar sahili qaldırıb, bənd vurublar, bizimkilər isə sahili qaldırmadan bənd vurublar. Nəticədə sel bizim əraziyə rahat girə bilir... Çayın Xəzər dənizinə axan yerində isə təmizlənmə getmir. Nəticədə su dənizə rahat axa bilmir. Suyun dənizə axması üçün alternativ yol olmalıdır. Bu dəfə fəlakətdən qaça bildik. Amma problem həll olunmalıdır. Daha güclü sel gəlsə, üç kənd və Astara şəhəri fəlakət qarşısında qala bilər...».

Lənkəranda kəndi su apardı
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG