Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:17

Astara gömrüyündə növbəti ölüm hadisəsi


Astara gömrüyü (arxiv fotosu).
Astara gömrüyü (arxiv fotosu).

Astara Gömrük Məntəqəsində İrana getmək istəyən bir Azərbaycan vətəndaşı İlqar Kərimovun növbədə vəfat etdiyi bildirilir.

Astara rayon sakini olan İlqar Kərimovun ürəktutmadan öldüyü güman edilir.

Hadisə dekabrın 28-də, günün ikinci yarısında baş verib.

Hadisənin şahidi, Astara şəhər sakini Fərbiyə İbayevanın dediyinə görə həmin gün İrana getmək istəyənlər çox olub:

Buna da bax:​ 'Manat ucuzlaşdıqca İrana gedənlər çoxalır'

“Adamların fəryadı qulaq batırırdı”

“Adamlar gömrüyün qapısında toplaşdılar. Qapını səhər saat 9-da açanda basabas düşdü. Adamların fəryadı qulaq batırırdı. Ölən adam da bizim aramızda idi. Mənim iki qolum da zədələndi. Biz içəriyə girdik, qapını yenidən bağladılar. O adam münasib bir yer tapan kimi əyləşdi. Görünürdü ki, sıxıntı keçirdib. İranla Azərbaycan arasında olan körpüyə çatanda kənara çəkilib əyləşdi. Orda da keçindi”.

İrana ucuz ərzaq dalınca...

Buna da bax:​ “Gömrük adamın anasın ağladır”

Fərbiyə İbayeva Azərbaycanda zəruri ərzaq məhsulların qiymətlərinin gündən günə qalxdığından şikayətlənir:

“Məcbur olub İrana ucuz ərzaq dalınca gedirlər. Ayda bir dəfə sərhəddən buraxırlar. Hər kəs bu fürsətdən istifadə etməyə çalışır“.

Mərhumun yaxınlarının dediklərinə görə İlqar Kərimov İrana bazarlığa gedirmiş. Ürək xəstəsi olub. Yolda dərman qəbul etsə də təsiri olmayıb.

Astara Gömrük İdarəsində isə İlqar Kərimovun növbədəki sıxlıq üzündən ölməsi fikri ilə razılaşmırlar. Faktla bağlı hüquq mühafizə orqanlarında araşdırmaya başlandığı bildirilir.

Buna da bax:​ Astarada «gömrükdə monopoliya ləğv edildi» deyənlərə gülürlər…

Azərbaycandan İrana gedən vətəndaşlardan gömrükdə növbədə ölüm hadisələri bundan əvvəl də baş verib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG