Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:17

Astaranın bəzi kəndlərinə sel gəlib


Foto illüstrasiya

Sentyabrın 6-dan 7-nə keçən gecə güclü yağış Astara rayonunda fəsadlar törədib.

Təqribən bir neçə saat davam edən yağışlardan sonra dağlardan gələn sel rayonun Kijabə qəsəbəsini və Maşxan kəndinin ərazisini basıb.
Bağlara, təsərrüfatlara ziyan dəydiyi bildirilir.

Astara rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Mahmudov deyib ki, onlar məsələdən agahdırlar. Hazırda hadisə yerindədirlər. Selin təkrarlanacağı halda, keçə biləcəyi yerlərdə kanal qazmaqla bağlı məsləhətləşmələr aparılır.

XS
SM
MD
LG