-
Martın 16-da saat 18 00 radələrində Astara rayon sakni Natiq İmanəddin oğlu Xurşudov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin yerli şöbəsinin qarşısında özünü yandırıb.
Bu barədə Azadlıq Radiosunun müxbiri xəbər verib.
O özünü yandırmasını ünvanlı sosial yardım ala bilməməsi ilə izah edib.
Natiq Xurşudov idarəyə baş çəkib, ona sosial yardımın verilməməsinin səbəbini öyrənmək istəyib.
Adının çəkilməsini istəməyən rayon sakinlərinin deməsinə görə, o, idarədən bikef çıxaraq benzin içib.
Sonra benzini üstünə səpib və özünü yandırıb.
Yaxınlıqdakı adamlar alovu söndürə biliblər. Çağırışa gələn təcili yardım maşını onu rayon mərkəzi xəstəxanasına aparıb.
Ancaq xəstəxanadan Natiq Xurşudovun səhhəti ilə bağlı məlumat verilməyib.
Olaya, hələlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbəsinin də münasibətini öyrənmək mümkün olmayıb.
Olayı ətrafdakı adamlar mobil telefona çəkiblər.