Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:43

Gömrük Komitəsi: Rusiyalı sürücülər Astara gömrükçülərini hədələyiblər, sonra... - VIDEO


Astara gömrüyündə 200 yük maşını “ilişib”
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Astara gömrüyündə 200 yük maşını “ilişib”

Gömrük Komitəsi: Problem həll edilib

Dövlət Gömrük Komitəsi(DGK) yanvarın 7-dəİrandan gələn və Azərbaycandan tranzit keçməklə Rusiyaya kənd təsərrüfatı məhsulları aparan yük maşınlarının Astara Gömrük İdarəsində saxlanmasına münasibət bildirib.

DGK mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki,nəqliyyat vasitələrinin müvəqqəti saxlanılmasına səbəb sürücülərin avtomobillərə gömrük nəzarətinin keçirilməsinə mane olmalarıdır:

“Nəqliyyat vasitələrinin sürücülərinə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi dəfələrlə izah olunsa da, onlar müxtəlif bəhanələrlə gömrük nəzarətinin keçirilməsinə mane olmağa cəhd göstəriblər. Rusiya Federasiyasına yük daşıyan Azərbaycana məxsus nəqliyyat vasitələrinə Dağıstan Respublikası ərazisində maneə yaradacaqlarını bəyan edərək gömrük əməkdaşlarını təhdid ediblər. Azərbaycanınqanunvericiliyinə görə, müvafiq gömrük orqanı lazım bildikdə gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrində yoxlama apara bilər. Sürücülərdən qeyri-qanuni ödəmələrin tələb olunması barədə deyilənlər isə ümumiyyətlə həqiqətə uyğun deyil”

Məlumatda qeyd edilir ki, sürücülər arasında aparılan izahat işləri nəticəsində, artıq problem aradan qaldırılıb

“Yük nəqliyyat vasitələri qanunvericiliyə uyğun olaraq gömrük nəzarətindən keçirildikdən sonra təyinat məntəqələrinə yola salınıb”, -deyə DGK-nın məlumatında bildirilir.

***

Əsasən, Rusiyaya məxsus iki yüzə yaxın yük maşını yanvarın 5-dən AstaraGömrük Nəzarət Zonasının yük terminalında qalıb.

İrandan Rusiyaya gedən maşınların yükləri, deyilənə görə,kənd təsərrüfatı məhsullarından ibarətdir. Gömrük yükləri yoxlamaq istəyir, sürücülər isə razı olmur.

Sürücülər Azadlıq Radiosuna deyiblər ki, Azərbaycan tərəfi yükü qanuna əsasən yoxlamaq istəmir .

Astara, Gömrük terminalında gözləyən sürücülər, 7 yanvar 2017
Astara, Gömrük terminalında gözləyən sürücülər, 7 yanvar 2017

Sürücü, Rusiya vətəndaşı Murtuza Əliyev deyir ki, yükə baxışın keçirilməsinə etiraz etmirlər:

“Bu özbaşınalıqdır. Aktı versinlər bizə, sonra baxsınlar ”

“Akt bağlasınlar, aktı versinlər bizə, sonra baxsınlar. Mən də yük minus 4 dərəcədə saxlanılmalıdır, burda isə 10 dərəcədən yuxarı isti var. Xarab olsa kim ona cavabdehlik daşıyar? Akt da vermirlər. Bu özbaşınalıqdır ”

Sürücülərdən Maqammed Cabbarov isə vəziyyəti belə izah edir:

“Terminalda dayanmışıq. Başa düşmürük nə olub. Nə istəyirlər, aydın məsələdir.”

Terminalın rəsmisi isə maşınların yoxlanmasının qanunu olduğunu deyir:

“Yoxlayandan sonra aktlar veriləcək.”

“Yoxlanmalıdır. Yoxlayandan sonra aktlar veriləcək.”

Astara Gömrük Nəzarət zonası, 7 yanvar 2017
Astara Gömrük Nəzarət zonası, 7 yanvar 2017

Sabiq gömrük işçisi Elman Hüseynov da deyir ki,tranzit yükləri bir tərəfli yoxlamaq qanuna ziddir:

“Tranzit yükü yoxlamaq üçün komissiya yaradılır, yükün yoxlanması barədə İran tərəfinə məlumat verilməlidir. Yükün yoxlanması səbəbi deyilməlidir. Əlavə pul tələb etmək düzgün deyil. Çünki İranla Rusiya arasında razılaşma var, hər şey bu razılaşma əsasında həyata keçirilir. Əslində, burada baş verənlər özbaşınalığa daha çox bənzəyir. Narkotik axtarırlarsa əməliyyat qanun əsasında həyata keçirilməlidir. ”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG