Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:55

Astarada müxalifətçi: “... Çörəklə imtahana çəkmək düz deyil ”


Elçin İbrahimli-Astara sakini
Elçin İbrahimli-Astara sakini

Müxalifətdə olan Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisin üzvü Elçin İbrahimli bildirir ki, Astara Pedaqoji Kollecində şöbə müdiri işləmiş bacısı qızını ona görə işdən çıxardıblar:

“Bacım qızı Nuranə Mikayılova Bakı Dövlət Universitetini qırmzı diplomla bitirib. Bir müddət işsiz qalıb. Sonra kənd məktəbində müəllimə işləyib. Rayon icra hakimiyyətinə müraciət edib. İcra hakimiyyəti başçısı Qəzənfər Ağayev onu qəbul edib.Bir müddət şəhərdə, sonra Şahağacı kəndində baxça müdiri işləyib. Baxçada işlədiyi müddətdə Astara Pedaqoji Kollecinə işlə bağlı müraciət edib.Onun müraciəti müsbət həll olunub və kollecdə ona şöbə müdiri vəzifəsi verilib.”

“Onun işdən çıxarılmasının səbəbi mənəm”

Astara rayon sakini olan müxalifətçinin sözlərinə görə, bacısı qızını işdən çıxararkən heç bir səbəb göstərməyiblər:

“Qəflətən onu işdən çxarıblar. Öyrəndim ki, onun işdən çıxarılmasının səbəbi mənəm. Zəng edib mənə bunu dedilər. Mən müxalifətçiyəm, sosial şəbəklərdə aktivəm. Rayonla bağlı neqativ halları sosial şəbəkələrdə paylaşıram, məlumatlar verirəm. Facebookda “Astara, Şahağacı, Azərbaycan” qrupunun yaradıcısıyam. Bu qrupun 5 minə yaxın üzvü var. Dünyada, Azərbaycanda, Astara rayonunda baş verən hadisələri orada işıqlandırıram. Korrupsiyadan, rüşvətxorluqdan yazmışam. Təhqirlərə heç vaxt yol verməmişəm. Azərbaycanı demokratik, müstəqil görmək istəyirəm.”

“Məni susdurmaq üçün,..”

Onun fikrincə aktiv fəaliyyəti bəzilərinin xoşuna gəlmir:

“Həmişə baş çəkdiyim çayxananın sahibinə mənimlə bağlı dəfələrlə xəbərdarlıq edilib. Dəfələrlə polisə çağırılmışam, xəbərdaralıq almışam. Ötən il oktyabrın 15-də ölkə prezidenti Astaraya gəlmişdi. Prezidentin gəlişi ilə bağlı sosial şəbəkədə video yaymışdım. Həmin videoda vətəndaş prezident rayona gələrkən, adamların qarşısını polislərin almasına etirazını bildirdi. Məni susdurmaq üçün, icra başçısı Astara Pedaqoji Kollecinin direktorundan bacım qızının işdən azad edlməsini tələb edib. Onu işdən azad ediblər.”

Buna da bax:Astara sakini: “Ölkənin bu qədər sərvəti var, rayon mərkəzində kanalizasiya yoxdur”

“Ailədə ədavət salıblar.”

Elçin İbrahim deyir ki, bütün bunlar onunla qohumları arasında münasibətləri pozub:

“Ailədə ədavət salıblar. Mənimlə danışmırlar, deyirlər ki, sənə görə işdən çıxardıblar. Onu işdən çıxardanda demişdilər ki, 2-3 aydan sonra işə bərpa edəcəklər. Amma eləmirlər. Onu hədləyiblər ki, işdən öz ərizəsi ilə çıxısın. Öz xahişi ilə işdən çıxmasa, başqa vasitə taparlar.O da ərizə yazıb, çıxıb işdən. Bacım qızı siyasət adamı deyil, Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Onun iki uşağı var. Həyat yoldaşı Rusiyadadır. Bu aildə yeganə qazanc onun aldığı əməkhaqqı olub.Onun ailəsi başqa, mənim ailəm başqa. Ailəni çörəklə imtahana çəkmək düz deyil.”

Nuranə Mikayılovla da əlaqə saxladıq. O öz ərizəsi ilə işdən çıxdığını təsdiq etdi: “Öz ərizəmlə işdən çxımışam.”

Lakin o bu addımının səbəbini izah etmədi.

Astara Pedaqoji Kolleci
Astara Pedaqoji Kolleci

Bəs qarşı tərəf nə deyir?

Astara Pedaqoji Kollecinin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Ağababa İbrahimov deyir ki, kollec sözü gedən şəxsə heç bir problem yaratmayıb:

“Bəli öz ərizəsi ilə çıxıb.Biz tərəfdən də problem yoxdur. Siz dediz, təəccübləndim.O elə qadın deyil. Dayısını tanımıram, nə yazıb bilmirəm.”

Astara Rayon İcra Hakimiyyəti aparatının içtimai-siyasi, humanitar məsələlər şöbəsinin müdir müavini Mərasim Hacızadə isə icra başçının ünvanına deyilənləri böhtan kimi dəyərləndirir:

“Pedaqoji kollecə müdaxiləmiz yoxdur. Araşdırarıq. Nuranə Mikayılovanı tanıyıram, əvvəllər baxça müdri işləyirdi. Sonra baxçadan çxıb kollecə getdi. Başçının bu işə müdaxiləsi ola bilməz. Onu baxçaya müdir vəzifəsinə elə başçı vermişdi. Öz ərizəsi lə baxçadan çıxmışdı. Elədirsə başçı onu baxçaya müdir verməzdi. Kollecdəki fəaliyyətindən isə xəbərimiz yoxdur.”

Elçin İbrahimlinin dediklərinə, hələlik, Astara Rayon Polis İdarəsindən isə münasibət almaq mümkün olmayıb.Rəsmilər bir qayda olaraq ölkədə insanların siyasi mövqeylərinə görə, özlərinin və yaxınlarının təqib edilməsi ilə bağlı deyilənləri əsassız sayırlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG