Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 23:20

Astarada əvvəlki illərdən fərqli Aşura mərasimləri...


Qum məscidi
Qum məscidi

İranla sərhəd Astara şəhərində mağazaların əksəriyyəti bağlıdır. Çayxanalarda ehsan verilir. Amma ötən illərə nisbətən əhali küçələrdə az görünür...

Məhərrəmlik ayının (bu il milad təqvimi ilə iyulun 30-da başlayıb) Aşura günü adətən Azərbaycan məscidlərində qələbəlik olur. Amma bu il elə də sıxlıq müşahidə edilmirdi. Üstəlik, bu il məscidlərdə səsgücləndiricidən də istifadə etmirdilər. Astaranın Qum məscidində də az adam gördük. Polislər məscidin giriş qapısında keşik çəkirdilər. Məscidin həyətində çay, şirniyyat paylayırdılar.

Yalnız Azərbaycan bayraqları

Bu il Astaradakı məscidlərdə bir məqam da xüsusilə seçilirdi. Adətən əvvəlki illərdə islama aid bir sıra bayraqlar da gözə dəyirdi. Bu il məscidlərin qarşısında yalnız Azərbaycanın dövlət bayrağı dalğalanırdı. Namaz qılanlar məscidə girirdilər. Deyirdilər ki, məscidin həyətində namaz qılmağa icazə verilmir.

Məscidləri ziyarət edirlər
Məscidləri ziyarət edirlər

"Kameranı məscidlərə yox, banklara qoyarlar"

Yaşlı bir sakin deyir ki, sovet dövründə də məscidlərə nəzarət var idi: "Məscidlərdən anbar kimi istifadə edirdilər. Amma camaat Aşura günü küçələrə çıxırdı, məscidlərə gəlirdilər. Səhərə kimi küçələrdə sinə döyərdilər. İndi elə şeylər yoxdur. Məscidə girmişdim namaz qılmağa. Mənə dedilər kamera var. Namaz qılanı izləyirlər. Məscid ziyansız bir yerdir. Kameranı məscidlərə yox, banklara qoyarlar".

Ərçivan qəsəbəsində olan Məhəmməd Hənəfiyyə məscidinin də üzərində üçrəngli dövlət bayrağı dalğalanırdı.

Ərçivan qəsəbə sakini Fəxrəddin Məmmədov deyir ki, ziyarətə gələnlərə heç kim mane olmur.

Üstəlik, əvvəlki illərdən fərqli olaraq bu dəfə Astara rayonundakı məscidlərdə İrandan gəlmiş dindarlar da gözə dəymirdi.

Məhəmməd Hənəfiyyə məscidi
Məhəmməd Hənəfiyyə məscidi

Aşura mərasimlərində müşahidə edilən yeniliklər, görülən tədbirlərlə bağlı Qafqaz Müsəlmanları İdarəsi və rəsmi qurumlarla danışmaq mümkün olmayıb

Xatırlatma

Məhəmməd peyğəmbərin nəvəsi Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Hər il minlərlə insan Kərbəlaya toplaşaraq hicrətin 61-ci ilində orada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır. Məhərrəmlik mərasimi ümumilikdə Məhərrəm və Səfər aylarında davam edir ("Aşura" ərəb dilindən tərcümədə "10-cu gün" deməkdir. Qətliam da Məhərrəm ayının 10-da baş verdiyindən "Aşura" adı verilib. Eyni zamanda, İmam Hüseyn və tərəfdarlarının hər il 40 mərasimləri də keçirilir).

İslamda Məhərrəm ayında müharibə günah sayılır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG